• 20 Aprel 2024
logo
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası minaya düşən jurnalistlərlə bağlı bəyanat yaydı

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası minaya düşən jurnalistlərlə bağlı bəyanat yaydı

İyunun 4-də "Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı növbəti cinayəti və terror əməlidir.

Ermənistan bu cür terror hərəkətləri ilə bölgədə davamlı sülhün və sabitliyin yaranmasına maneçilik törətməkdə davam edir. Faşist ideologiyasının yayılmasına şərait yaradan Ermənistan tərəfindən basıdırmış minalar mülki əhalinin, hərbiçilərin həlak olmasına, yaralanmasına səbəb olur. Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən basdırılmış minalara düşüb və 27 nəfər həlak olub. Bütün bunlara görə məsuliyyəti Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyidaşıyır. Düşmən ölkənin bu əməlləri beynəlxalq hüquqda cinayət olaraq tövsif olunur.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası olaraq beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə, bu cür əməllərə son qoyulması üçün ciddi addımlar atılmasına çağırırıq. Məhz beynəlxalq aləmin göz yummasının nəticəsidir ki, Ermənistan müharibədən sonra da öz terror əməllərini, cinayətkar fəaliyyətini davam etdirir. QHT Koalisiyası olaraq hesab edirik ki, bu cür əməllərə son qoyulması və beynəlxalq təşkilatların, xarici dövlərtlərin düşmən ölkəyə təsir göstərməsi lazımdır. Əgər lazımi təzyiq və təsir göstərilmirsə susqunluq göstərənlər də Ermənistanın cinayətinə şərik olmuş sayılırlar. Belə halda Azərbaycan lazımi addımlar atmaqda, düşməni susdurmaqda tam sərbəstdir və baş verə biləcək hadisələrə görə məsuliyyət Ermənistanın üzərinə düşür.

Xatırladaq ki, "Qardaşlığımız Əbədidir" QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə dəstək vermək, iki qardaş ölkə arasındakı ictimai əlaqələri daha dagüclındirmək məramı ilə yaradılıb. Koalisiyada Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, "Könüllülük Fəaliyyətinin Təbliği" gənclər birliyi təmsil olunur.