• 29 Mart 2024
logo
QHT təmsilçiləri Türkiyənin yeni səfiri Cahit Bağçı ilə görüşüblər

QHT təmsilçiləri Türkiyənin yeni səfiri Cahit Bağçı ilə görüşüblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təmsilçiləri Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı ilə görüşüblər. Görüşdə Koalisiya təmsilçiləri – Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov iştirak ediblər.

Koalisiyanın üzvləri səfir Cahit Bağçını salamlamış, yeni vəzifəsində ona uğurlar arzulamış, fəaliyyətinin iki dövlətin dostluq, qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəyinə inandıqlarını bildirmişlər. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təmsilçiləri olan təşkilat sədrləri təmsil etdikləri ictimai təşkilatların gördükləri işlərlə yanaşı, koalisiyon şəkildə görülən çalışmalardan da bəhs ediblər. Koalisiya üzvləri bundan sonrakı fəaliyyətlərində də Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun daha da inkişafına çalışacaqlarını vurğulayıblar.

Türkiyə səfiri Cahit Bağçı QHT təmsilçilərinin ziyarətindən razılığını bildirmiş, ictimai təşkilatların iki dövlətin münasibətlərinin inkişafındakı rolundan bəhs etmişdir. Səfir Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini açıqlayıb. O, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyanın təmsilçilərinə gələcək çalışmalarında uğurlar arzulayaraq, bu çalışmaların da önəmli olduğunu qeyd edib.

Sonda Koalisiya sədri Emin Həsənli səfir Cahit Bağıçıya üzərində Şuşa şəhərinin fotosunun əks olunduğu xatirə hədiyyəsi təqdim edib.

P.S. Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiyada Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi təmsil olunur.