• 19 Aprel 2024
logo
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Latviya Seyminə etiraz etdi

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Latviya Seyminə etiraz etdi

Osmanlı imperiyasındakı 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması ilə bağlı Latviya Seymi tərəfindən qəbul edilən qərar Türkiyə qədər Azərbaycanda da narahatlıqla qarşılanmışdır. Bununla bağlı Türkiyənin rəsmi qurumlarının sərt etirazları ilə yanaşı Azərbaycan Respublikasının Latviyadakı səfirliyi də etiraz bəyanatı qəbul etmişdir. “Bir millət, iki dövlət” prinispindən çıxış edən Azərbaycan rəsmiləri və ictimaiyyəti haqlı olaraq Latviyanın bu qərarını pisləyir, onun qəbulunun yanlış olduğunu çatdırır.

Latviya parlamenti tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması qərarı tarixin siyasi motivlərlə yenidən yazılması cəhdidir. Tarixə siyasətçilər deyil, faktları araşdıran tarixçilər qiymət verməlidirlər. Siyasətçilərin bu istiqamətdə atdığı addımlar və qəbul etdiyi qərarlar qanunsuzdur, hüquqi əsası olmayan təşəbbüsdür.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası olaraq Latviya Seyminin bu qərarını şiddətlə qınayır, onun ləğv edilməsini tələb edir, gələcəkdə bu kimi məsələlərə siyasətçilərin qiymət verməsinin yolverilməz olduğunu bəyan edirik.

Qeyd: “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiyada Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi təmsil olunur.