• 29 Mart 2024
logo
QHT təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

QHT təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası ikinci dönəm fəaliyyətinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabandakı məzarını ziyarət etməklə başlayıb. Koalisiya üzvləri olan təşkilatların rəhbərləri və təmsilçiləri 8 may 2021-ci il tarixdə böyük öndərin xatirəsini yad etmək üçün Fəxri Xiyabanda olublar. QHT təmsilçiləri Ümummilli Lider Heydər Əliyevi və akademik Zərifə Əliyevanı ziyarət etmiş, məzarları önünüə gül dəstələri qoymuş, ruhlarına fatihə oxumuşlar.

Daha sonra II Fəxri Xiyabana gələn Koalisiya üzvləri Milli qəhrəman Mübariz İbrahimovu, mərhum Gənclər və idman naziri Azad Rəhimovu, Vətən uğrunda canından keçmiş şəhidləri də ziyarət etmişlər.

Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiyada Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi təmsil olunur.