• 20 Aprel 2024
logo
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

ABŞ İnkişaf Agentliyinin Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Qəbələ şəhərində “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” adlı təlim keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin QHT-lərlə iş şöbəsinin rəisi Səbinə Salmanova və ECSOFT layihəsinin nümayəndələri Məhəmməd Quluzadə və Əliməmməd Nuriyev Qəbələ şəhəri və ətraf 5 rayondan olan 20 QHT nümayəndəsinə qeyd edilən mövzuda təqdimatlar ediblər.
Tədbirin məqsədi region QHT-lərini “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn öhdəliklərlə tanış etmək və QHT-ləri maraqlandıran suallarını cavablandırmaq olub.
Ədliyyə Nazirliyinin nümayəndəsi Səbinə Salmanova ECSOFT layihəsi çərçivəsində nazirlik tərəfindən mövzuya aid QHT-lər üçün metodik vəsaitin hazırlandığını qeyd edib və yaxın günlərdə bu vəsaitin dərc olunmuş və fərdi elektron pəncərə vasitəsi ilə elektron versiyalarının QHT-lərə paylanılacağını vurğulayıb.
Oxşar tədbirlər Quba, Şirvan və Gəncə şəhərlərində də keçirilib. Yaxın zamanda Bakı şəhərində də tədbirin təşkil edilməsi planlaşdırılır. Tədbirlərdə iştirak etmək istəyən QHT-lərdən [email protected] ünvanına müraciət etmələri xahiş olunur.