• 25 Aprel 2024
logo
“Hər birimiz şəhid ailələrinə, qazilərimizə diqqət göstərməliyik”

“Hər birimiz şəhid ailələrinə, qazilərimizə diqqət göstərməliyik”

Emin Həsənli: “Qazilərimizin hər biri bizim üçün əzizdir, onları müharibələrə və dövrlərə bölmək lazım deyil”

“Vətən Müharibəsindəki möhtəşəm qələbədən sonra Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bir neçə fərman və sərəncamlar imzalanıb. Bu müharibədə iştirak etmiş şəxslər orden və medallarla təltif olunublar. Bu proses davam etdiriləcək.

Bu sözləri BayMedia-ya açıqlamasında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli deyib.

Emin Həsənli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradıldığını və belə bir fondun yaradılmasının məqsədəuyğun olduğunu vurğulayıb: “ASAN XİDMƏT özünü sübut edib və əhali içərisində bu quruma böyük inam və etibar var. Fondun fəaliyyətini dünyanın istənilən yerində yaşayan azərbaycanlı izləyə biləcək. Bu fondun fəaliyyəti həddindən artıq yüksək olacaqdır. Eyni zamanda, şəhid ailələri və əlillər, 20 Yanvar şəhidləri və əlilləri, Çernobıl və Əfqanıstan hadisələrinin iştirakçıların təqaüdlərinin artırılması ilə əlaqədar sərəncamlar oldu. Bu tipli insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində cənab prezident mühüm addımlar atır. Eyni zamanda, yerli icra orqanlarında Vətən müharibəsi iştirakçıları ilə bağlı iş şöbələrinin yaradılması da çox mühümdür. Bu şöbələrdə ümidvarıq ki, şəhid ailələri və qazilərimiz işləyəcəklər. Bu çox təqdirəlayiq bir haldır. Məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi də çox sevindirici hal oldu. Qısa zamanda şəhid ailələri və qazilərin mənzil problemi bütünlüklə həll olunacaqdır. Qarabağ qazilərinə avtomobillərin, mənzillərin verilməsi və şəhid ailələri üçün atılan addımlar çox diqqət çəkir. Azərbaycan dövləti qanunvericilikdə fərq qoymur. İstər I Qarabağ, istər II Qarabağ savaşı olsun, eləcə də 20 Yanvar və digər müharibələrin iştirakçıları olsun, qanunvericiliklə eyni yanaşma sərgilənir. Eyni sözləri Çernobıl faciəsinin aradan qaldırılmasında iştirak edənləri və Əfqanıstan müharibəsin iştirakçısılar barədə də deyə bilərik”.

Emin Həsənli KİV-ləri bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu kateqoriyadan olan insanları bölmək olmaz. Bütün fərman və sərəncamlar hamıya eyni cür şamil olunur. Bundan sonra da belə olacaq. İndiyə qədər Azərbaycan dövlətinin siyasəti bu cür olub. Hər bir şəxs fikirlər səsləndirərkən həssas olmalıdır. Qazilərimizin hər biri bizim üçün əzizdir, onları müharibələrə və dövrlərə bölmək lazım deyil. Himnimizdə deyildiyi kimi, bu insanların hər biri Azərbaycan üçün qan tökmüş, can vermiş insanlardır. Ölkədə ən böyük status şəhid, sonra isə qazidir. Son günlərdə medal alma ilə bağlı problemlər səsləndirilir. Qazilərimizin müalicəsi ilə bağlı də müəyyən problemlərin olması barədə fikirlərə rast gəlirik. Cəmiyyətimiz bu məsələlərdə çox həssas yanaşır. Dövlətimiz suverenlik, ərazi bütövlüyümüz uğrunda qan tökən, can verən hər bir şəxsə həssaslıqla, diqqətlə yanaşır. Bundan partiya, şəxsi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Ordu hamımızındır. Kimsə medal almayıbsa, haqqı tapdalanıbsa, araşdırılacaq qərar qəbul ediləçəkdir. Bunun nəticəsində bütün insanlar öz haqlarını alacaqlar. Bir məsələni da xüsusi qeyd edim. “Heydər Əliyev” Fondu istər müharibədən öncə, istər müharibə günlərində, istərsə də, müharibədən sonra şəhid ailələri və qazilər üçün böyük işlər görüb. Fondun əməkdaşları bütün şəhid ailələrini, qazilərini ziyarət edirlərək onların problemlərini həllinə böyük dəstək olubdur. Bu proses bu gün də davam edir. Fond Müharibə dövründə ordumuza həddindən artıq dəstək olub. Qələbənin əldə edilməsində Heydər Əliyev Fondun çox böyük rolu vardır. Fond əməkdaşları və Regıonal İnkişaf İçtimai Birliyin üzvüləri, könüllüləri döyüş bölgəsinə hər gün davamlı olaraq hərbiçilərimizə maddi, texniki və mənəvi dəstək göstəriblər. Qazilərimizin müalicə ücün çox böyük dəstək olublar. Müharibədən əziyyət çəkən insanlara hər tərəfli diqqət və qayğı göstəribdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini bir neçə ildir ki, bayramlarda bütün rayon və şəhərlərmizdə şəhid ailələrin və qazilərimizi ziyarət edirlər. Bu artıq bir ənənə halın alıbdır. Xidmətin əməkdaşları şəhid ailələrinə, qazilərimizə maddi və mənəvi dəstək olurlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində şəhid ailələri, qazilər və onların ailə üzvüləri işlə təmin edilibdir. Xidmət hərbi yönümlü QHT ilə sıx əməkdaşlıq edir. Bir çox tədbirləri onlarla bərabər həyata keçirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarıda şəhid ailələri və qazilərimizi ziyarət edirlər. Onların özünü məşğuluq proqramına çəlb edirlər. Son iki ildə bu nazirlik bu istiqamətdə xeyli işlər görübdür. Şəhid övladları, qazilərimiz DOST mərkəzlərində işlə təmin olunular. Prezident yanında Qeyri hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Gənclər Fondu lahiyələrində şəhid, qazi və vətənpərvərliklə bağlı mövzulara çox böyük üstünlüklər verilər. Hər birimiz şəhid ailələrinə, qazilərimizə diqqət göstərməliyik, əlimizdən nə gəlirsə, bunu etməliyik”.