• 23 Aprel 2024
logo
Şuranın dəstəyi ilə İsmayıllıda tədbir keçirilib

Şuranın dəstəyi ilə İsmayıllıda tədbir keçirilib FOTO

Sentyabrın 7-də Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə institutunun inkişafında maarifləndirmə tədbirlərinin rolu” layihəsi çərçivəsində İsmayıllı rayonunda “Cəmiyyətin inkişafında sağlam ailənin rolu” mövzusunda tədbir keçirib. Rayonun Dinaşünaslıq Muzeyində keçirilən tədbirdə rayonun tanınmış ziyalıları, dövlət qurumlarının nümayəndələri, tələbə-gənclər və digər kateqoriyadan olana insanlar iştirak edib. Maraqlı müzakirələr, diskusiya şəraitində keçən tədbiri giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev layihənin məram və məqsədindən, problemin aktuallığından danışıb. Bildirib ki, boşanmaların yaranmasında, erkən nikah hallarının baş verməsində kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb: “Valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar. Ailə qurmaq asandır, amma onu layiqli bir şəkildə davam etdirmək, nümunə ola biləcək bir cütlük olmaq çətindir. Gənclərimizə bu çətin və məsuliyyətli işin önəmini anlatmaq lazımdır, onlara bu işdə mənəvi-psixoloji dəstək olmalıyıq”.
Layihənin eksperti Qismət İsmayılov, sağlam ailə modelinin qorunub, saxlanılması istiqamətində çoxsaylı işlər görüldüyünü bildirib. Qeyd edib ki, istər dövlət qurumları olsun, istər QHT-lər, istər media cəmiyyətdə bu mövzu ilə bağlı təbliğat xarakterli, maarifləndirici işlər həyata keçirilmələrinə zərurət var.
Tədbirdə çıxış edən Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı rayon icra hakimiyyəti başçısının aparatının baş məsləhətçisi Nəsimi Teymurov, ziyalı Sona Həmidova, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, tarix müəllimi Vüqar Hüseynov, rayon peşə məktəbinin müəllimi Akif Muradov, müstəqil jurnalist Cabir Məmmədov, rayon gənclərindən Vüsalə İsmayılzadə, Məhbubə Əzizova və digərləri milli dəyərlərə əsaslanan sağlam ailə modelinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, nümunəvi ailələrimizi, ailə dəyərlərimizi, ailənin müqəddəsliyini, onu qoruyub saxlamağın önəmini, yollarını gənclərimizə başa salmalıyıq.
Sonda ictmaiyyəti və media nümayəndələrini maraqlandıran suallara cavab verilib.