• 20 Sentyabr 2019
logo
add image
“Turizmin internetdə təbliği yolları” adlı kitabça çap edilib

“Turizmin internetdə təbliği yolları” adlı kitabça çap edilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində “Turizmin internetdə təbliği yolları” adlı kitabça çap edilib. Kitabçada xarici və yerli ekspertlərin, diaspor və gənclər təşkilatları nümayəndələrinin Azərbaycan turizminin internet müstəvisində təbliği ilə bağlı təklifləri yer alıb. Kitabçanın xarici ölkələrdə təqdimatı və ekspert, diaspor, eləcə də müvafiq QHT nümayəndələri və turizmə aid dövlət və özəl qurumlar arasında paylanması nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində turizm sahəsində təhsil alan gənclərə və müvafiq ixtisaslar üzrə tələbələrə, gənc mütəxəssislərə Bakıda “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq”, “Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması”, Bakıda, Masallıda və İsmayıllıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzularında təlimlər keçirilib. Bundan başqa, “Yenimedia.info” saytı Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənmək üçün təkmilləşdirilib. Saytda Azərbaycan turizminni internet müstəvisində təbliği, bu sahədə təkmil online platformaların formalaşması ilə bağlı ekspertlərin rəy və təklifləri, diaspor və QHT nümayəndələrinin müsahibələri yerləşdirilməkdədir.
“Turizmin internetdə təbliği yolları” adlı kitabçanın çapı ilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi uğurla yekunlaşıb.