• 28 Noyabr 2020
logo
Ermənistanın dinc əhaliyə vurduğu ziyanla bağlı hazırlanmış hesabat səfirliklərə təqdim olunub - Çingiz Qənizadə

Ermənistanın dinc əhaliyə vurduğu ziyanla bağlı hazırlanmış hesabat səfirliklərə təqdim olunub - Çingiz Qənizadə

Qeyri Hökumət Təşkilatlarlnın Monitorinq Qrupu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhali yaşayan məntəqələrini atəşə tutması nəticəsində dəymiş ziyanla bağlı hesabat hazırlayıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü, hüquqşünas Çingiz Qənizadə deyib.

O bildirib ki, hesabat Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəymiş ziyanla bağlıdır: "Bu hesabat tam deyil. İlkin variantdır. Noyabrın 15-də aralıq hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. Orada Ermənistan tərəfin rayonlara qadağan olunmuş silahlar atması, həmin silahların atılması nəticəsində dağıntılar, zərər çəkmiş sahələr, ölən və xəsarət alan mülki şəxslər, ölkənin ekologiyasına, fauna və florasına dəymiş ziyan qeyd olunur. Hesabat əksər dövlətlərin xarici işlər nazirlikləri və onların Azərbaycandakı səfirliklərinə təqdim olunub".