• 18 Aprel 2024
logo
"1 milyon 200 min facebook istifadəçisinə məlumat çadırdıq"

"1 milyon 200 min facebook istifadəçisinə məlumat çadırdıq"

"İyun ayının 20-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Sosial şəbəkələr vasitəsi ilə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili" layihəsinə başlamışıdıq. Oktarbrın 20-də 4 aylıq layihəmiz başa çatdı. Bu gündən QHT Şurasına hesabatı təqdim edəcəyik. Layihə dövründə 1 milyon 200 mindən artıq Azərbaycanda yaşayan feacebook istifadəçilərinə koronavirusla bağlı rəsmi və digər məlumatları çatdırdıq."
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, 30 minlik "Niyameddin Orduxanlı" facebook səhifəsində gün ərzində 3-4 məlumat yayılıb və bundan başqa ödənişli əsaslarla facebook istifadəçilərinə koronavirusla bağlı məlumat çatdırılırmış:
"4 ay ərzində hər gün Nazirlər Kabinerinin yanında yardılmış Opirativ Qərargahın yaydığı məlumatlar və dövlət qurumlarının virusdan qorunma ilə bağlı məlumatlar olub. 200 -ə yaxın məlumat yaymışıq. Təbii ki, bu məlumatları səhifənin daimi izləyiçilərlə yanaşı, ödəniş əsasında 18 yaşından 70 yaşına qədər facebook istifadəçilərinə çatdırılıb. Əldə etdiyimiz məlumatlar əsasında deyim ki, yaydığımız məlumatlar 13-18 yaş arasında 45000 şəxsə, 18-36 yaş arasında 700 min şəxsə, 36-70 yaş 550 min şəxsə çatmırmışıq. Facebookda ödənişlə məlumatların yayılmasını həyata keçirdən zaman yaş həddini səhifənin adminləri müəyyən edir".
QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, layihənin icrası zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tövsiyyəsi ilə aztəminatlı ailələrə maddi dəstək də olunub:
"Bildiyim qədəri ilə QHT Şurası bu il 200-dən artıq təşkilatın layihəsini məhz koronavirusla mübarizəyə həsr edib. Hər bir təşkilata tövsiyyə olunmuşdur ki, QHT-lərin fəaliyyət göstərdiyi ərazilərdə aztməniatlı ailələrə ərzaq, tibbi yardım və birdəfəlik kupon vasitəsi ilə maddi yardımlar edilsin. Bizim təşkilat Abşeron rayonunda yaşayan 1-ci və 2-ci qrup əlillərin hər birinə 80 manatlıq kupon təqdim etdi. Bu kuponları "Araz Market" şəbəkəsi vasitəsi ilə və "Azərpoçt" vasitəsi ilə həmin ailələrə çatdırılıb. Bizm o ailələrə kuponu rəsmi qurumlar vasitəsi ilə çatdırıdıq ki, həmin ailələr ərzaq və tibbi ləvəzimatları özləri alsın. Məndə olan məlumata görə, QHT Şurası on minlərlə ailələrə ərzaq və kupon yardımlarını aztəminatlı ailələrə çatdırdıb. Bizim təşkilat layihənin icrasını yüksək səviyyədə həyata keçirdib və bu gün gördüyümüz işlərə QHT Şurasının Səlis.az elektron sisteminə təqdim edəcəyik. Həm təsviri hesabatı, həm də maliyə hesabatını. Sonda QHT Şurasının rəhbərliyinə və QHT Şura Katibliyinin rəhbərliyinə, əməkdaşlarına ölkəmiz üçün çox vacib bir layihənin icrasına dəstək verdiyinə görə təşəkkürümü bildirirəm".