• 28 Mart 2024
logo
“İcbari tibbi sığorta” adlı kitabça nəşr olunub

“İcbari tibbi sığorta” adlı kitabça nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində təşkilatın qalib olduğu “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” adlı layihə çərçivəsində “İcbari tibbi sığorta” adlı kitabça nəşr olunub. Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, kitabçanın yazılmasında iqtisadiyyat sahəsində tanınmış ekspertlər (professor Nazim Müzəffərli (İmanov), i.f.d., dosent Allahyar Muradov, gənc tədqiqatçılar Samir Mahmudov və Mələk Əliyeva) iştirak ediblər.
Kitabça iki fəsildən ibarətdir. Birinci fəsildə icbari tibbi sığortanın yaranma tarixinə, onun dünya modelinə nəzər salınıb. Bu fəsildə inikişaf etmiş ölkələrdə icbari tibbi sığorta sisteminin formalaşması prosesi şərh olunub.
İkinci fəsildə ölkəmizdə icbari tibbi sığortanın formalaşması mexanizmi haqqında məlumat verilib. İcbari sığortanın təşkilati-hüquqi mexanizmi, onun maliyyələşmə mənbələri, işçi və işəgötürənlərin ödəyəcəkləri icbari tibbi sığorta haqları, pilot rayonlardakı vəziyyət, xidmətlər zərfinə daxil olan təminatlar ətraflı şərh olunub. Nəşrdə həmçinin icbari tibbi sığortanın formalaşması prosesində vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən vəzifələr də göstərilib. Kitabça geniş oxucu kütləsi (tədqiqaqtçılar, ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbə heyəti və s.) üçün nəzərdə tutulub.