• 19 Aprel 2024
logo
“Bu Ramiz Mehdiyevin nə yaşına, nə də təcrübəsinə yaraşır”

“Bu Ramiz Mehdiyevin nə yaşına, nə də təcrübəsinə yaraşır”

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi: “Belə bir adamın AMEA-nın rəhbəri kimi fəaliyyət göstərməyə mənəvi haqqı qalmayıb”

“Son günlər ölkədə karantin rejiminin pozulması ilə bağlı bir neçə fakt mövcuddur. Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinə Novxanıda yerləşən bağ evində toy etməsi gündəmin ən əsas mövzularından biridir”. “BayMedia”nın məlumatına görə, bu fikirlər Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Bəyanatında yer alıb. Bəyanatda həmçinin deyilir: “Çox təəssüf hissi doğurur ki, uzun müddət müxtəlif yüksək dövlət vəzifələrində çalışan bir məmur və toyda iştirak edənlər Azərbaycan dövlətinin qanunlarına və pandemiya dövrünün qaydalarına zidd olaraq bu cür tədbir həyata keçiriblər. Sonra isə onu nümayişkəranə şəkildə sosial şəbəkələrdə paylaşıblar. Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi dəfələrlə bəyan edib ki, hər kəs qanun qarşısında bərabərdir. Azərbaycana heç kəsə xüsusi bir imtiyaz yoxdur. Hər kəs, xüsusilə dövlət vəzifəsi daşıyan şəxslər, məmurlar sadə, təvazökar həyat tərzi keçirməlidir və öz fəaliyyətləri ilə nümunə olmalıdırlar. Dəfələrlə cənab Prezident öz ad günlərini şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlərlə bərabər keçirib. Dövlət başçısı öz fəaliyyətində bir nümunə ortaya qoyub ki, bu nümunəyə hər bir vətəndaş diqqət etməlidir. Təəssüflər olsun ki, Ramiz Mehdiyev və ona yaxın olan şəxslər bu cür hadisələr törətməklə son aylar pandemiya ilə aparılan mübarizəyə kölgə salmağa cəhd göstərib və aylarla öz övladılarına toy, nişan etməyən, yas mərasimlərini məhdud çərçivədə keçirən, yalnız dəfn mərasimləri ilə kifayətlənən vətəndşlarda haqlı narazılıq yaradıb. Haqlı olaraq Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev və onun qudası Rövşən Mustafayev inzibati qaydada 15 gün müddətinə həbs edilib. Bu da Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və hər kəs bunu dəstəkləyir. Bu bir daha onu göstərir ki, Azərbaycan Prezidenti, Azərbaycan dövləti bütün vətəndaşlara eyni münasibət göstərir.

Bundan öncə də hər hansı qanundan kənar hərəkət edən məmurlar və onların övladları da qanun qarşısında cavab veriblər. Bundan sonra da belə hallara qarşı eyni cür addımlar atılacaq. Təəssüflər olsun ki, akademik Ramiz Mehdiyev həmən hadisə ilə bağlı iki dəfə mətbuatda çıxış edərək sanki özünü müdafiə edib və baş verənlərə haqq qazandırmağa çalışıb. O çıxıb ictimaiyyət qarşısında üzr istəmək, səhvini etiraf etmək əvəzinə xalqı çaşdırmağa cəhd göstərib. Azərbaycanın millət vəkilləri, mətbuat nümayəndələri, QHT rəhbərlərini, haqlı etirazını bildirən adamları məhkəmə ilə hədələmək, qanundankənar iddialarla çıxış etmək isə təəssüf hissi doğurur”.

Bəyanatda həmçinin vurğulanır ki, bu akademik Ramiz Mehdiyevin nə yaşına, nə də təcrübəsinə yaraşır: “Belə bir adamın Milli Elmlər Akademiyasının rəhbəri kimi fəaliyyət göstərməyə mənəvi haqqı qalmayıb. Azərbaycanın ən böyük elm ocağından istefa verib, bu proseslərdən çəkilib getməli, görülən işlərə kölgə salmamalıdır. O vəzifədən gedəndən sonra gözlənilirdi ki, bu işlərdən tamamilə kənarlaşacaq.

Biz, təxris olunmuş hərçilər, Azərbaycan gəncliyi, şəhid ailələri, müharibə veteranları, əlillər Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətini daim dəstəkləmişik, bu gün də dəstəkləyirik. Bəyan edirik ki, istər Azərbaycanın daxilində, istərsə də Azərbaycanın xaricində olan heç bir qüvvə Azərbaycandakı sabitliyi poza, Azərbaycanda görülən işlərə, əldə edilən uğurlara kölgə sala, Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin nüfuzuna xələl gətirə bilməz. Biz buna imkan verə bilmərik və verməyəcəyik. Biz Azərbaycan dövlətinin yanındayıq, cənab Prezidentin, Ali Baş Komandanın əsgəriyik. Onu müdfiə edirik, bu gündən sonra da qətiyyətlə müdafiə edəcəyik. Ramiz Mehdiyev və onun tərəfdarları bilsin ki, bundan əvvəl olduğu kimi, pozuculuqla məşğul olanlar, dövlətin qanunlarına tabe olmayanlar, ictimai siyasi sabitliyi pozmağa cəhd edən insanlar cəzalandırıldığı kimi, bundan sonar da cəzalanacaq”.

Əli