• 19 Aprel 2024
logo
Düşmənə xidmət etməyin yalnız bir adı var - xəyanət

Düşmənə xidmət etməyin yalnız bir adı var - xəyanət

Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının bir qrupu bəyanat yayıb

Azərbaycanın hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının bir qrupu bəyanat yayıb. Bəyanatda deyilir:
“Məlum olduğu kimi iyulun 12-dən etibarən ölkəmizin Tovuz istiqamətində olan dövlət sərhədi işğalçı Ermənistan tərəfindən hücumlara məruz qalıb. Qüdrətli Silahlı Qüvvələrimizin rəşadətli hərbçiləri düşmənin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadı ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatları, düşmənin dayaq nöqtələrinə vurulan sarsıdıcı zərbələr hər bir Azərbaycan vətəndaşının sevincinə səbəb olur. Elə bütün bunların təzahürü idi ki, 14 iyul tarixində xalqımız meydanlara yürüş edərək dövlətimizə, hərbçilərimizə dəstək şüarları səsləndirib, milli birlik nümayiş etdirdilər. Regionun hesablaşılan gücü olan dövlətimiz cəbhə xəttində ərazisinin toxunulmazlığı istiqamətində hərbi əməliyyatlar keçirməklə bərabər, həm daxildə, həm də xaricdə olan məkrli insanların ordu-xalq birliyinə nifah salmaq istəyinə qarşı mübarizə aparır. Belə məkrli şəxslərdən biri də təxribat xarakterli video yayan düşmən xislətli Rəşad Məmmədovdur. Bu saxta "vətənpər" açıqlamasında guya ki, cəbhədə baş verənlərə görə pis olduğunu, emosianallıq edərək həmin videonu düşünmədən paylaşdığını bildirir. Düşmənə xidmət edən əməlinə hansı don geyindirməsindən asılı olmayaraq, bu kimi şəxslər hüquq-mühafizə orqanları tərəfindən ən sərt, ən qəddar formada cəzasını almalıdır. Çünki, düşmənə xidmət etməyin yalnız bir adı var - xəyanət!
Biz hərbi yönümlü QHT-lər müharibə şəraitinə uyğun cəzaların tətbiq olunmasını, ölüm hökmünün bərpa olunmasını, riyakar, düşmənə xidmət edənlərin ölüm hökmü ilə cəzalandırılmasını tələb edirik”.
Xatırladaq ki, bəyanatı “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi (İB), “Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri” İB, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB, “Azərbaycan Əfqanıstan Veteranları” İB, “Azərbaycan Çernobl Əlilləri İttifaqı” İB, “Qarabağ Qaziləri” İB, “20 Yanvar” İB, Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İB, “Qarabağ Əlilləri və Veteranları” İB, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İB, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İB, “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İB və “Əsgər Ailələrinə Dəstək” İB, “Erməni Təcavüzünün Tanıdılması”İB-nin rəhbərləri imzalayıb.