• 20 Aprel 2024
logo
Şuranın dəstəyi ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda növbəti görüş keçirilib

Şuranın dəstəyi ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda növbəti görüş keçirilib

Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbdə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib.

Tədbir “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi (DAVİB) tərəfindən həyata keçirilən ““Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində mütəmadi olaraq vətənpərvərliklə bağlı tədbirlər keçirlilir.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai birliyinin prezidenti Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

DAVİB prezidenti bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında Aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsindən ibarətdir.

Nəsimi Qarabağlı qeyd edib ki, Aprel döyüşləri ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir. İctimai Birliyin rəhbəri deyib ki, bu döyüşlərdə Azərbaycan Ordusunun real gücünü bir daha təsdiq etdi.

Görüşdə iştirak edən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, aprel döyüşləri dövründə ictimai siyasi və vətənpərvərlik məsələlərində ümumi həmrəyliyin yüksək olduğunu qeyd edib.

Məktəbin yuxarı sinif şagirdləri Aprel döyüşləri və eyni zamanda vətənpərvərlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər. Layihə çərçivəsində aprel döyüşləri haqqında hazırlanan buklet İştirakçılara paylanılıb.

Görüşdə fəal iştirak edən şagirdlər təşkilat tərəfindən fəxri fərmanlarla təltif olunublar.