• 30 May 2020
logo
QHT Forumunun təşkilatçılığı ilə “İslahatlara dəstək: mövcud vəziyyət və qarşısında duran vəzifələr” mövzusunda video-konfrans keçirilib

QHT Forumunun təşkilatçılığı ilə “İslahatlara dəstək: mövcud vəziyyət və qarşısında duran vəzifələr” mövzusunda video-konfrans keçirilib

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İslahatlara dəstək: mövcud vəziyyət və qarşısında duran vəzifələr” mövzusunda video-konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda Azərbaycanın bir sıra regionlarından 60 QHT nümayəndəsi iştirak edib. MQF-nin prezidenti konfransda açılışı edib və qeyd edib ki, ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə və aparılan islahatlar QHT-lər tərəfindən yüksək qiymətləndirilir. Rauf Zeyni ölkə prezidentinin çağırışına dəstək olmaq məqsədilə QHT-ləri mövcud vəziyyətlə əlaqədar olaraq təkliflər hazırlamağa və aktiv fəaliyyətə çağırıb. Konfransın əsas məruzəçiləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İB-nin sədri Fikrət Yusifov, MQF Regional məsələlər üzrə vitse-prezident Qalib Nəbiyev, MQF Turizm İnkişaf Mərkəzinin direktoru Ruslan Quliyev “İslahatlara dəstək: mövcud vəziyyət və qarşısında duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxışlar ediblər.
Daha sonra konfransda pandemiya ilə əlaqədar yeni dövrün təhlili və dəyərləndirilməsi, iqtisadi və maliyyə böhranınn ölkə iqtisadiyyatına təsiri və bundan çıxış yolları, istehlakçı hüquqlarnın müdafiəsi və hökumətin üzərinə düşən vəzifələr, dövlət və ictimai sektorun qarşılıqlı faydalı əməkdaşlığı, postpandemiya dövrü üçün sahibkarlığın prioritet istiqamətləri, qeyri-neft sektorunun inkişafı, QHT-lərin və vətəndaş cəmiyyətinin problemləri, regionlarda mövcud vəziyyət, epidemiyanın təsiri nəticəsində özəl sektorun vəziyyəti və digər məsələlər geniş müzakirə olunub. Sonda isə bir çox QHT sədri - Qorxmaz İbrahimli, Əhməd Abbasbəyli, İradə Rzadazadə, Fuad Bədəlov, Eynulla Xeyrullayev, Samir Dübəndi, Oktay Xankişiyev, Cəsarət Hüseynzadə, Fizuli Əsədov, İlham İsmayılov, İndira Şəmsivari, Eldar Məlikabbasov çıxış edərək öz fikir və təkliflərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.