• 12 Oktyabr 2024
logo
Oğuzda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib

Oğuzda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən icra olunan “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsi çərçivəsində Oğuzda tədbir keçirilib.

Oğuz rayonu üzrə Təhsil sektorunun akt zalında keçirilən görüşdə ilk çıxış edən rayon Təhsil sektorunun təmsilçisi Günel Abdullayeva tədbir iştirakçılarını salamlayaraq ümumtəhsil məktəblərində şagird, valideyn və müəllimlər üçün elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı həyata keçirilən maarifləndirici görüşlər, tədbirlər barədə məlumat verib. O, həmçinin portal.edu.az, mektebeqebul.edu.az, sy.edu.az dp.edu.az, apply.enic.edu.az, edu.gov.az, e-ttfk.edu.az platformaları haqqında da fikir bildirib. Bununla yanaşı, Günel Abdullayeva elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüklərindən danışıb və belə mövzuya müraciət edildiyi, həmçinin hədəf bölgə qismində Oğuz rayonun da seçilməsinə görə, Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

“Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin rəhbəri Reyhanə Hacıyeva tədbir iştirakçılarını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Bildirib ki, mövzu olduqca spesifikdir, amma buna rəğmən Agentlik hər il elan etdiyi müsabiqələrdə elektron xidmətlərdən istifadənin təşviqini diqqətdə saxlayır, bu istiqamətdə keyfiyyətli, mövzunu əhatə edən layihələri dəstəkləyir. Layihə rəhbəri həmçinin tədbirin ərsəyə gəlməsi üçün Azərbaycan Respublikası Oğuz Rayonu İcra Hakimiyyətinin, o cümlədən Oğuz rayonu üzrə Təhsil sektorunun rəhbərliyinə təşəkkürünü bildirib.

Reyhanə Hacıyeva daha sonra nəzərə çatdırıb ki, təmsil etdiyi təşkilatın layihə icraçılarının əsas məqsədi elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir.Onun sözlərinə görə, əhalinin elektron xidmətlər və onlardan istifadəsi ilə bağlı məlumatlılığını artırmaq, həmçinin layihənin davamlığını təmin etmək üçün peşəkar ekspertlərin iştirakı ilə internet televiziyasında dörd maarifləndirici veriliş hazırlanaraq yayımlanıb.Həmin verilişlərə sosial şəbəkə hesablarında rahatlıqla baxmaq olar.

Əhalinin elektron xidmətlər və onlardan istifadəsi ilə bağlı məlumatlılığın artırılması üçün təbliğat işinin, materiallarının sayının artırılmasını vacib sayan layihə rəbəri vurğulayıb ki, təşkilatın ekspert və koordinatorları işin gedişində – icra dövründə dövlət qurumları və ictimai xidmətləri yerinə yetirən digər qurumlar tərəfindən göstərilən elektron xidmətlərlə bağlı yetərincə məlumat toplayıblar.

Tədbir iştirakçılarına www.e-gov.az portalının imkanlarından necə istifadə etməklə bağlı məlumat verən layihə rəhbəri həmçinin, elektron xidmət göstərən qurumlar, onların internet səhifələri və “Qaynar xətt” nömrələri, ən çox istifadə edilən elektron xidmətlər haqqında müfəssəl məlumat verib.

Kərimli İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyin təmsilçisi Vüsal Cəfərov, Sincan (İƏD) üzrə nümayəndəliyin müavini Sənən Rəşidli və digər qonaqlar da mövzu ilə bağlı fikirlərini bölüşüblər, görülən işlərdən danışıblar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər. Elektron xidmətlərdən istifadə ilə bağlı təkliflərini səsləndirir, ekspertlərə suallarını veriblər. Ucar rayonunda olduğu kimi, onalar da Oğuz rayon üzrə internetin sürətinin zəifliyindən, qurumlar arası inteqrasiyanın problemlərindən, əksər nümunəlrdə ayrı-ayrı strukturların vahid platformada cəmləşdirilməməsindən narahatlıqlarını bildiriblər.

Qeyd edək ki, üç ay müddətinə nəzərdə tutulmuş layihə başa çatıb.

RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO
RETRO