• 12 İyul 2024
logo
“Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinə start verilib

“Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinə start verilib

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən “ Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin icrasına start verib.Layihə rəhbəri Leyla Rəcəbzadənin bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq.

Sumqayit, Şirvan və İsmayıllı şəhərində həyata keçiriləcək tədbirdə 40 nəfər (18-35 yaş aralığı) iştirak edəcək. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq ekspertlər iştirak edəcək.

Məlum olduğu kimi, BMT-nin iqlim dəyişiklikləri üzrə növbəti konfransı (COP 29) Bakıda baş tutacaq.Sözügedən konfranslar 1992-ci ildə Rio-de-Janeyrodakı “Yer Sammiti”ndə BMT-nin iqlim üzrə çərçivə konvensiyası qəbul edildikdən sonra keçirilməyə başlanılıb. Hazırda 180-dən çox ölkəni birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də, XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib. Zaman-zaman fərqli ölkələr konfransa ev sahibliyi etmək uğrunda yarışırlar: bu, həm ekoloji məqsədlərə sadiqlik, həm də qlobal ekoloji gündəmi özünəməxsus şəkildə korrektə etmək imkanı kimi dəyərləndirlir.

COP29 Azərbaycan və digər neft ölkələri üçün olduqca vacibdir və bütövlükdə onun gündəliyini Azərbaycan üçün əlverişli hesab etmək olar. Bu, həmçinin dünyanın diqqətini iqlim məsələləri ilə bağlı Cənubi Qafqaz regionu və Azərbaycana cəlb etmək deməkdir.

Leyla Rəcəbzadə onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 3 veriliş, həmçinin İsmayıllı rayonunda ekoloji inkişafa dəstək məqsədi ilə gənclər, eləcə də digər yaş kateqoriyasından olan yerli sakinlərlə flaşmob düzənlənəcək, təbliğat xarakterli söhbətlər aparılacaq.