• 29 Mart 2024
logo
Millət vəkili: "Hər kəsin etibarlı müdafiəsi üçün ilkin addım atıldı"

Millət vəkili: "Hər kəsin etibarlı müdafiəsi üçün ilkin addım atıldı"

Azərbaycan Respublikasının Milli Məclisində təmsil etdiyim Abşeron-Qobustan dairəsi üzrə seçicilər və ətrafımızda olan şəxslər tərəfindən karantin dövründə ən çox ünvanlanan müraciətlər artıq öz həllini tapır! Artıq yerli istehsal olan #tibbimaska ilə hər kəsin etibarlı müdafiəsi təmin ediləcək.

Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə Sumqayıt Kimya Sənaye Parkında (Sumgait Chemical Industrial Park LLC) Bakı Tekstil Fabriki MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi artıq fəaliyyətə başlayıb (https://president.az/articles/36333).

Prezident İlham Əliyevin pandemiya dövründə atdığı qətiyyətli addımlarla cəmi 2 həftədə yerli istehsal təşkil edilərək, kəskin təlabat olan tibbi maska qıtlığı artıq qısa müddətdə aradan qaldırılacaqdır. Xalqımızın sağlamlığının qorunması və təlabatının ödənməsi, ölkəmizin xarici idxaldan asılılığın aradan qaldırılması üçün görülən bu tədbir təqdirəlayiqdir.

Virusla mübarizədə maskalar və dezinfeksiya edici məhlullardan istifadə etmək xüsusi önəm daşıyır. Amma ən əsası bütün təlimatlara və karantin rejimində #evdəqal göstərişinə əməl edərək, sağlamlığımızı birlikdə qorumaqdır!

Şahin Seyidzadə