• 1 Oktyabr 2020
logo
“İnsanların sosial məsuliyyətlərini dərk etmələri vacibdir”

“İnsanların sosial məsuliyyətlərini dərk etmələri vacibdir”

Cavid Osmanov: “Azərbaycan dövləti qabaqlayıcı tədbirlər kimi bütün addımları atıb”

“Koronavirus pandemiyası bütün dünya ölkələrinin gündəlik həyat və fəaliyyətini iflisc edib”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, bu günə kimi virusa qarşı heç bir vaksin, yaxud dərman tapılmayıb: “Nəticədə bir milyondan artıq insan bu virusa yoluxub, 70 mindən artıq insan öz həyatını itirib. Azərbaycan dövləti, cənab Prezident İlham Əliyev virus hələ digər ölkələrdə yoluxma halı kimi yeni aşkarlananda ölkəmizdə ciddi, davamlı və təsirli tədbirlərin həyata keçirilməsi üçün konkret tapşırılqar verib. Bununla bağlı hələ yanvarın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, bütün növ təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Bir çox dövlət qurumlarında işçilər əmək haqları ödənilmək şərtilə bir aylıq məzuniyyətə buraxılıb, sərnişindaşıma fəaliyyəti dayandırılıb, bunun kimi bir çox tədbirlər həyata keçirilib. Market və apteklərdən başqa bütün ticarət obyektlərinin fəaliyyəti dayandırılıb”.
Millət vəkili əlavə edib ki, pandemiyanın dünya iqtisadiyyatına təsiri, enerji və səhm bazarlarında kəskin dalğalanmanın Azərbaycan iqtisadiyyatına təsrinin mümkün qədər qarşısının alınması, az itki ilə bu vəziyyətdən çıxılması məqsədi ilə 2,5 milyard manat vəsait ayrılıb. Eyni zamanda cənab Prezidentin tapşırığı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını bu fonda köçürüblər. Sonra şirkətlər, banklar, ictimai, siyasi xadimlər, ayrı-ayrı insanlar həmrəylik nümayiş etdirərək fonda vəsait köçürüblər”.
Cavid Osmanov diqqətə çatdırdı ki, son zamanlar Azərbaycanda da yoluxma halları artır: “Bu qorxulu və sürətli yayılma xarakterinə malik bir virusdur. İnsanların sosial məsuliyyətini dərk etmələri vacibdir. Azərbaycan dövləti qabaqlayıcı tədbirlər kimi bütün addımları atıb. Bir sıra böyük dövlətlər də Azərbaycan təcrübəsindən yararlanıblar. Əvəllər xaricdən gələn insanlarda bu virus aşkarlanırdısa, bu gün çox təəssüf ki, insanlarımız arasında bir-birini yoluxdurma halları qeydə alınır. Statistika onu deməyə əsas verir ki, virus artan dinamika üzrə inkişaf edir. Bu təbii ki, qorxulu bir haldır. Vətəndaşlarımız Azərbaycan dövləti tərəfindən tətbiq edilən karantin rejiminə əməl etməlidirlər ki, ölkəmizdə İtaliyada, ABŞ-da, İranda və digər ölkələrdəki kimi problemlər yaşanmasın. Cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 10 müasir labaratoriya quraşdırılıb, insanların müayinə olunmasına daha geniş şərait yaradılıb. Bu da virusa yoluxanların daha tez aşkarlanmasına səbəb olub. Statistik rəqəmlərin artması həm də buna görədir. Qonşu Ermənistan və Gürcüstanda Azərbycanda olan imkanlar yoxdur. Yaradılan şərait Azərbaycan vətəndaşlarının sağlamlığı, həyatı üçündür. Vətəndaşlarımız da üzərinə düşən məsuliyyəti dərk etməli və karantin rejiminə tam əməl etməlidirlər”.

Əli