• 24 May 2024
logo
“2026-cı ildə təqribən oxşar tədbirin keçirilməsinə nə ehtiyac var?”- Qüdrət Həsənquliyev

“2026-cı ildə təqribən oxşar tədbirin keçirilməsinə nə ehtiyac var?”- Qüdrət Həsənquliyev

“Mənim sadəcə olaraq Cavanşir Feyziyevə bir sualım var. Müasir dövrdə, hətta Avropanın çox inkişaf etmiş ölkələri belə bahalı idman tədbirlərinin keçirilməsindən, yaxud digər bu xarakterli tədbirlərdən məhz maliyyə vəsaitlərinin çox xərclənməsinə görə imtina edirlər”.
Xalqcəbhəsi,az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin məsələnin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, bununla bağlı ilk tədbir Keniyada keçirilib: “Nayrobi kasıb bir ölkədir, axırıncı dəfə Qahirədə keçirilib, indi də 2026-cı ildə Bakıda keçiriləməsi planlaşdırılır. Mən, istəyərdim millət vəkillərinə məlumat verilsin ki, nə qədər qonaq gözlənilir və Azərbaycan dövləti bu tədbirin keçirilməsi üçün nə qədər vəsit xərcləyəcək? Açıq etiraf edək ki, Qarabağın bərpası üçün bizə böyük vəsaitlər lazımdır. Dünya birliyi bu istiqamətdə bizə kömək etmir. Azərbaycanın bu dəqiqə hər qəpiyə, hər manata ehtiyacı var. Cənab Prezident də çıxışlarının birində söyləmişdi ki, vəsaitlərdən biz, maksimum dərəcədə qənaətlə istifadə etməliyik. Bunun Azərbaycana faydası nədən ibarət olacaq? Biz onsuz da COP29-u noyabr ayında keçirəcəyik. Çox nüfuzlu bir tədbirdir və bu da ekologiya ilə bağlıdır. Bundan sonra 2026-cı ildə təqribən oxşar tədbirin keçirilməsinə nə ehtiyac var? İstəyərdim əgər Cavanşir müəllimdə məlumatlar varsa bu barədə məlumat versin”.

Əli