• 19 Aprel 2024
logo
Gürcüstanda vəziyyət pisləşir – Baş nazir

Gürcüstanda vəziyyət pisləşir – Baş nazir

Gürcüstanda koronavirusla bağlı vəziyyət pisləşir, yoluxma tempi sürətlənir.
Bunu Gürcüstanın baş naziri Georgi Qaxariya deyib.
“Təəssüf ki, bu gün bizdə 18 yeni yoluxma hadisəsi qeydə alınıb. Dünən bu rəqəm 15 idi. Vəziyyət ağırlaşır, yoluxmanın tempi getdikcə sürətlənir”, - Qaxariya bildirib.
Qeyd edək ki, Gürcüstanda indiyədək 148 yoluxma hadisəsi qeydə alınıb.