• 17 Aprel 2024
logo
“Azərbaycanla Türkiyə arasındakı münasibətlər Türk Dövlətləri Təşkilatının təşkilatlanmasına ciddi təsir edir”

“Azərbaycanla Türkiyə arasındakı münasibətlər Türk Dövlətləri Təşkilatının təşkilatlanmasına ciddi təsir edir”

Mübariz Göyüşlü: “Görüş zamanı imzalanan sənədlər dövlətlərimizin münasibətlərini daha da inkişaf etdirəcək”

Azərbaycan prezidenti İlham Əliyev prezidenmt seçildikdən sonra ənənəvi olaraq ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Səfər çərçivəsində önəmli sənədlər imzalandı, eyni zamanda iki ölkənin dövlət başçıları mühüm mesajlar verdilər.
Ekspertlər səfərin əhəmiyyəti barədə fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü diqqətə çatdırdı ki, Azərbaycan prezidentinin andiçmədən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi çox önəmli məqamdır: “Bu addım iki ölkə arasındakı münasibətlərin səviyyəsini və inkişaf tempini göstərir.
Hazırda iki dövlət arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana qarşı bir sıra Qərb dövlətlərinin beynəlxalq miqyasda qərəzli kampaniya apardıqları vaxtda Türkiyə prezidenti Ərdoğanın görüş zamanı səsləndirdiyi bəyanatlar çox önəmlidir. Bu bəyanatlar dövlətimizə dəstək baxımından çox vacib əhəmiyyət kəsb edir.
Görüş zamanı imzalanan sənədlər dövlətlərimizin münasibətlərini daha da inkişaf etdirəcək. Mən, Azərbaycan-Türkiyə Universitetinin yaradılması üçün səndələrin imzalanmasını xüsusi qeyd etmək istəyirəm. Bununla da inkişaf etmiş Türkiyə təhsili Azərbaycana daha geniş miqyasda gəlmiş olacaq. Bundan başqa digər sənədlərin imzalanması da önəmlidir.
Azərbaycanla Türkiyə arasındakı münasibətlər Türk Dövlətləri Təşkilatının da formalaşma və təşkilatlanmasına ciddi təsir edir. Bu baxımdan da səfəri həm də müsbət və məhsuldar adlandırmaq olar”.

“Azərbaycan və Türkiyənin səyləri nəticəsində türk dövlətlərinin birliyi yaranıb”

Politoloq Turan Rzayev deyib ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi: “Bu artıq bir dövlət ənənəsi halını alıb. Hər iki ölkənin başçıları ilk səfərini qarşılıqlı şəkildə edir. Bundan başqa bu iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi, bu münasibətlərin hər iki ölkə üçün böyük əhəmiyyəti ilə şərtlənir”. O, bildirib ki, Azərbaycan və Türkiyə bir millət iki dövlətdir: “Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın səyləri nəticəsində bu gün iki ölkə təkçə eyni etnik dini dəyəlrəi daşımır həmdə müttəfiq, strateji tərəfdaşdır. İki ölkə arasında işğaldan azad edilənmədəniyyət paytaxtımız Şuşada imzalanan Şuşa bəyannaməsi tarixi əhəmiyyət kəsb edir”.
Politoloq əlavə edib ki, Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqidir: “Təbii ki münasibtələri mütəfiqlik səviyyəsinə çatmasında ortaq maraqlar, din, etnik eyniliklə yanaşı iki liderin şəxsi dostluq münasibtələri də mühüm yerə malikdir. Prezident İlham Əliyev və Prezident Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında əlaqəlırin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdəndir.
Bu gün iki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir. Siyasi iqtisadi diplomatik hərbi sahədə isə münasibtəlrə ən üst səviyyədədir. Azərbaycan və Türkiyənin səyləri nəticəsində türk dövlətlərinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivısində sıx birliyi yaranıb: “Bu dəyişən və qloballaşan dünya nizamında mühüm strateji gedişdir. İki ölkə illədir bu siyasi xətti izləyir. Təsadüfi eyil ki,bu gün TDT təşəkkülü və bir siyasi təşkilat kimi dünya siaysi arenasında öz yerini qazamasında iki ölkə liderlərin fəaliyyti misilsizidir.
İki ölkə arasında müdafiə sənayesi sahəsində mühüm işlər görülür. Xüsusi ilə ordu quruculuğu sahəsində Azərbaycan Türkiyə ordu modelinə keçid edir. PUA istehsalı sahəsində də mühüm yeniliklər əldə edilib”.

“Dünyada bu cür münasibəti olan ikinci bir ölkə yoxdur”

Politoloq Zeynal Əmirəliyev bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyev ənənəyə sadiq qalaraq bu dəfə də ilk səfərini qardaş Türkiyəyə etdi. Onun fikrincə, Türkiyə və Azərbaycan arasında sıx əməkdaşlıq mühiti mövcuddur: “Aramızdakı qardaşlıq mühiti, səmimi münasibətlər, iki ölkənin əhalisinin bir - birinə olan qardaş bağı isə başqa bir gözəllikdir. Dünyada bu cür münasibəti olan ikinci bir ölkə yoxdur. Bu cür münasibət bütün dünya ölkələri üçün bir örnəkdir. Cənab prezidentin səfəri şübhəsiz ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında iqtisadi - siyasi, mədəni - humanitar, hərbi sahədə çox güclü əməkdaşlıq mühiti var. Ancaq hər iki dövlət bununla kifayətlənmir. Azərbaycan və Türkiyə yeni layihələrin üzərində işləyirlər. Məsələn, Azərbaycan - Türkiyə Universitetinin yaradılması barədə razılıq əldə edildi. Bunun çox böyük əhəmiyyəti var. Türkiyənin təhsil sistemi özünü doğruldan, geniş profilli bir təhsil sistemidir. Türkiyənin çox güclü elmi kadr bazası var. Azərbaycan bu məsələdə Turiyə təcrübəsindən yararlana bilər. Yeni açılacaq bu ali məktəb iki ölkənin təhsil sistemləri arasında körpü olacaq. Bu həm də Azərbaycan gənclərinə Türkiyə təhsil və elm sistemi ilə daha yaxından tanış olmağa, həmən sistemin içində çalışmağada böyük dəstək olacaq. Bu səfər böyük əhəmiyyət kəsb edir. Türkiyə - Azərbaycan qardaşlığı, əlaqələrin daha da güclənməsi regionda sülh və sabitliyin inkişafı zərurətdir”.

“Türk xalqları yenilməz, qüdrətli olurlar”

Millət vəkili Musa Qasımlı isə vurğulayıb ki, türk xalqları milli, mənəvi-ruhani köklərinə dayanaraq yeniləşəndə yenilməz, qüdrətli olurlar: “Türk Dövlətləri Təşkilatının yaxşı perspektivləri vard. Cənab Prezident İlham Əliyev Ankarada mətbuata bəyanatında türk dünyasının birləşməsi və güclənməsinin əhəmiyyətini belə ifadə etdi:
“…Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
Millət vəkili Sahib Alıyev isə diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə prezidentlərinin mətbuat qarşısında vetdikləri bəyanatlarda dövlət başçımız bir çox mühüm məsələlərə toxundu ki, onların içərisində birinci diqqətimi çəkən iki qardaş dövlətin birliyinin təkcə bölgədə deyil, Avrasiyada önəmli faktora çevrilməsi haqda deyilən idi: “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün bu ilin iyulunda Şuşada keçiriləcəyi və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də ora qatılacağı xəbəri məncə, cənab İlham Əliyevin Azərbaycan-Türkiyə ordularının "bir yumruq" olduqlarını bildirməsi qədər təsirli ismarıcdır.
Prezidentimizin yaradılacaq Türkiyə-Azərbaycan Universitetini "bizim birliyimizin növbəti rəmzi" kimi qiymətləndirməsindən belə görünür ki, onun "yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə" çevrilməsi üçün gərəkən nə varsa ediləcək. Və əvvəlki statusda da yazdığım kimi ölkəmizdə texnoloji inkişafı təmin edəcək kadrların mühüm bir hissəsi də məhz bu təhsil müəssisəsində yetişdiriləcək”.

Əli