• 30 Sentyabr 2020
logo
Moldova Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" qanunsuz sayır

Moldova Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" qanunsuz sayır

Moldova hökuməti martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə zidd olan qondarma "prezident və parlament seçkilərini" qanunsuz sayır.

Bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, bu bölgədə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Dağlıq Qarabağ regionunun xüsusi statusunun müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in himayəsi altında danışıqlar prosesinin aparıldığını nəzərə alaraq Moldova Respublikası bu qondarma seçkiləri tanımır.

Bu kontekstdə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova Respublikasının beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk Qrupu və həmsədrləri tərəfindən Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişənin sülh və hərtərəfli siyasi həlli yolu istiqamətində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsirli töhfə verə biləcək səylərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir.