• 25 Aprel 2024
logo
Prezidentdən qərar: DİM-ə yeni vəzifə verildi

Prezidentdən qərar: DİM-ə yeni vəzifə verildi

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla Dövlət İmtahan Mərkəzinin vəzifəsi artırılıb.
Nizamnamədə bildirilib ki, DİM müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır.
Fərmanla müəyyənləşib ki, bundan sonra DİM peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparacaq.