• 29 Mart 2024
logo
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onlayn iclas keçirib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onlayn iclas keçirib

Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi video konfrans vasitəsi ilə onlayn iclas keçirib.

İclasın əvvəlində komitə sədri Tahir Mirkişili bildirib ki, pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir. Milli Məclis rəhbərliyinə bu imkanı yaratdığı üçün təşəkkür edən komitə sədri komitənin üzvlərinə də qısa müddətdə bu təşəbbüsü dəstəklədiklərinə və onlayn iclasda aktiv iştirak etdiklərinə görə təşəkkür edib. İclasın gündəliyinə aşağıdakı 8 məsələ daxil edilib:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Nəqliyyat haqqında", "Aviasiya haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının "Torpaq icarəsi haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Gənclər siyasəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Könüllü fəaliyyət haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Reklam haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, 1 "Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri.

Komitə sədri gündəlikdə olan məsələlər barədə fikirlərini bildirdikdən sonra çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Mahir Abbaszadə qanun layihələri barədə rəy və təkliflərini söylədilər. Müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasında müzakirəsi məqsədə uyğun hesab edilib.