• 23 Sentyabr 2020
logo
Millət vəkili Xızı rayon xəstəxanasında olub

Millət vəkili Xızı rayon xəstəxanasında olub

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, milət vəkili Müşfiq Məmmədli Xızı rayonunda Mərkəzi Xəstəxanaya baş çəkib.

Avrasiya.net xəbər verir ki, deputat buradakı şəraitlə tanış olub, həkim heyəti ilə marifləndirici söhbət aprıb. O, vuruğlayıb ki, dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlətimiz ciddi və önəmli addımlar atır: “ Bu yöndə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz peşə fəaliyyətimizlə yanaşı insanlar arasında virus əlehinə təbliğat işlərini də gücləndirməliyik. Sevindirici haldır ki, Xızı raoyununda Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi qaydalara riayət olunur. Buna baxmayaraq maariflədirmə işləri davam etdirilməlidir".Millət vəkili eyni zamanda bildirib ki, Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamı hər şeydən öncə dövlət başçısı tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir: "Xüsusən də bu sahədə çalışan tibb işçilərinin fəaliyyətinə bu cür yüksək qiymətin verilməsi və onların əməyinin dəyərləndirilməsi dövlətin göstərdiyi qayğı həqiqətən də tibb işçilərinin fəaliyyətlərinə verilmiş çox yüksək bir qiymətdir. Və bu fəaliyyətin daha da stimullaşdırılmasına xidmət edir".