• 17 Yanvar 2021
logo
Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib

Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib

Azərbaycan Milli Məclisinin Aparatında kadr islahatlarına start verilib.

Milli Məclis sədrinin köməkçisi Fizuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi.