• 26 Aprel 2024
logo
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik edilib.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, qanunun 2.2-ci maddəsində "7 il" sözləri "8 il" sözləri ilə əvəz edilməsi təklif edilir.

Belə ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.

Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.