• 27 May 2020
logo
Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır

Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır

Milli Məclsin bu gün keçirilən iclasında deputat Novruzəli Aslanov bir sıra deputatların iclasda maska taxmasını məqsədəuyğun hesab etməyib.

Deputat bildirib ki, maska, əsasən xəstələnmiş insan tərəfindən taxılmalıdır. O qeyd edib ki, parlamentdə xəstə insan olmadığına görə maska taxmağa gərək yoxdur.

Spiker Sahibə Qafarova isə bildirib ki, maska taxmaq məcburi deyil.

Milli Məclisin sədri vurğulayıb ki, deputatların tibbi maskalardan istifadə etməsi üçün parlamentdə iclas zalının girişində stolun üstünə tibbi maskalar qoyulub və kim istəsə, bu maskalardan istifadə edə bilər.