• 4 İyun 2020
logo
Milli Məclisin sabahkı iclasında yaşı 65-dən yuxarı olan deputatlar iştirak etməyəcək

Milli Məclisin sabahkı iclasında yaşı 65-dən yuxarı olan deputatlar iştirak etməyəcək

Ölkədə koronavirusa görə tətbiq edilən karantin rejiminə görə, biz, 65-dən yuxarı yaşı olan deputatlar, Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında iştirak etməyəcəyik.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, əgər “Deputatların statusu haqqında” qanuna dəyişiklik təsdiq olunarsa və ölkədə tətbiq olunan karantin məhduyiyyətləri 65 yaşdan yuxarı deputatlar üçün aradan qaldırılarsa onda bu yaş kateqoriyasından olan deputatlar növbəti iclaslarda iştirak edəcək:

“Hazırda isə biz qoyulan qaydalara riayət etməli və eyni zamanda insanlara nümunə göstərməliyik ki, qaydalara əməl etmək lazımdır. Ancaq dediyim kimi, bizim üçün bu məhdudiyyət aradan qaldırılarsa, o zaman iclaslarda iştirak edəcəyik”.