• 27 İyul 2024
logo
“Ermənistanın Qərbə inteqrasiyası asan olmayacaq”

“Ermənistanın Qərbə inteqrasiyası asan olmayacaq”

Turan Rzayev: “Paşinyan başa düşür ki, hakimiyyətini itirə bilər”

“Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından ehtiyat edir. Əslində, Tiflisin ehtiyat etdiyi məsələ Zəngəzur yolunun açılmasıdır. Tiflis düşünür ki, yekun sülh müqaviləsinin imzalanmasından sonra bu yol açılacaq və Gürcüstan Azərbaycanın regional layihələrindən kənarda qalacaq. Halbuki bu narahatlıq əsassızdır, çünki Ermənistanla icra ediləcək yeni layihələr Gürcüstanla layihələrin əhəmiyyətini azaltmır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Turan Rzayev deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
-Fransanın pozucu fəaliyyəti, məqsəd nədir?
Fransa koloniolist işğalçı imperya keçmişi olan bir ölkədir. Bu ölkənin Afrika Cənub şərqi Asya və digər bir çox regionda törətdiyi soyqırımlar hər kəsə bəllidir. Bununla da rəsmi Parisi insan haqları, demokratiya kimi bəşəri ideologiyaların ardına sığınaraq öz qaranlıq keçmişini gizləməyə çalışır.
Fransa bu gün Cənubi Qafqazda da öz əsil simasını göstətir. Söhbət bu ölkənin Ermənistan-Azərbaycan arasında sülh prosesinə mane olmasında gedir. Fransa hələ də özünü super güc ölkə sayır. Reallıq ondan ibarətdir ki, bu ölkə özünün arxa baxçası adlandırdığı təsir dairəsindəki Qərbi Afrika regionunu belə əlində tuta bilmir. Nigerdə Burkina-fasoda, Malidə bu ölkənin təsir gücü aradan qalxıb.
Bütün bunlara baxmayaraq Fransa Cənubi Qafqaza müdaxilə etməkdən çəkinmir. Paris Rusiyanın azalan təsirini doldurmağa çalışsa da reallıq heç də belə deyil. Cənubi Qafqaz regionu Fransya çox uzaqdır bu ölkə heç vaxt regionda söz sahibi ola bilməz. Xüsusilə də Azərbaycan kimi müstəqil xarici siyasət aparan bir ölkə regionda olduğu halda.
-Bu proseslər fonunda Azərbaycan Qərb münasibətləri necə inkişaf edəcək?
-Rusiya-Ukrayan mühairbəsi fonunda Qərbin Azərbaycana ehtiyacı var. Rəsmi Bakı TAP və TANAP layihələri ilə Avropa bazarına qaz nəql edir. Bundan başqa rəsmi Bakı yaşıl enerji istiqamətində də mühüm işlər görür. Bunu Qərb də yaxşı bilir.
Azərbaycan uğurlu və etibarlı tərəfdaşdır. Bundan başqa Yaxın Şərq və Mərkəzi Asiya regionlarına yaxındır. Yəni bu həm də bu regionların təbii qaz və neftinin Avropa bazarına çıxarılması deməkdir. Azərbaycan bütün bunları edə bilsə, 2025 ci ilə qədər Avropa bazarına illik 30 milyard kubmetr qaz nəql edə biləcək.
Lakin Azərbaycan Ermənistan məsləsində Qərbin sərgilədiyi mövqe heç də urəkaçan deyil. Azərbaycanın Avropada Albaniya, İtaliya, Macarıstan, Bolqarıstan, Böyük Britanya kimi dostları olsa da, eyni zamanda Fransa, Hollandiya və Almaniya kimi vaxtaşırı siaysi sürtüşmələr yşadığı ölkələr də var. Yəni Qərbdəki ölkələrin regiona, habelə Azərbaycana baxışı eyni olmadığı üçün Qərbin mövqeyin tam olaraq necə olduğunu demək çətindir.
Lakin Azərbaycan region ölkələri kimi bütün ölkələrlə əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, bu xarici siyasət kursunu davam etdirməliyik. Lakin Qərblə əməkdaşlığımız siyasi maraqlaırmızdan üstün ola bilməz. Fransa və bu kimi ermənipərəst ölkələrin sərgilədiyi mövqeyə qarşı hər zaman cavab verməliyik.
-Sülh danışıqlarının regional müstəvidə aparılmasının perpektivləri nədən ibarətdir?
-44 günlük ikinci Qarabağ mühairbəsi və lokal antiterror əməliyatları nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Dağlıq Qarabağ mərhələsi tab yekunlaşdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq bir münaqişə idi. Çünki bu münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi.
Azərbaycan qeyd etdiyim proses ilə torpaqları tam işğaldan azad etdi. Yəni münaiqşənin beynəxlaq müstəvidə müzkirə edilən hissəsi bitti. Hazırda Ermənistan-Azərbaycan münaqişəsi ətrafında danışıqlar gedir. Lakin bu münaqişəyə dair BMT və ya başqa hansıa qrumun qətnaməsi yoxdur. Deməli bu münaqişə beynəlxalq müstəvidə müzakirə edilə bilməz.
Hesab edirəm ki, Cənab prezidentin də dediyi kimi, iki ölkə arasında movcud problemlər habelə yekun sülh müqaviləsi, ya 3+3 regional formatında, ya da Gürcüstanda müzakirə edilə bilər. Regionun problemi regionda həll edilmədir.
-Paşinyan dekabrın sonunda MDB dövlət başçlarının qeyri-rəsmi görüşünə qatılacaq. Bundan sonra Ermənistan siysətinə xorrektələr edə bilərmi?
-Paşinyan qərbprəst bir siyasətçidir. Vladimir Zelenski, Maya Sandu kimi onun da məqsədi ölkəsini Qərbə inteqrasiya etdirməkdir. Lakin Ermənistan Qərbə meyl edən digər ölkələrdən fərqlidir. Rusiyanın bu ölkədə ciddi dayaqları var. Siyasi-hərbi elita daxilində cəmiyyətdə rusprəstlər çoxdur. Bundan başqa Ermənistanda Rusiya hərbi bazaları da kifayət qədərdir. Bu ölkənin sərhədlərini rus hərbiçiləri qoruyur. Belə olan təqdirdə Ermənistanın Qərbə inteqrasiyası heç də asan olmayacaq.
Paşinayan başa düşür ki, Rusyadan radikal formada uzaqlaşmaq gec tez onun hakimiyyəti itirməsi ilə nəticələnə bilər. Buna görə də daha fərqli oynamaq istəyir. Lakin bu onun Qərbə meyl etməsini gizləmir. Kreml də bunu yaxşı bilir. Hesab edirəm ki, mövcud Rusiya-Ermənistan yaxınlaşması nisbidir. Gec tez tərəflər yenidən qarşı-qarşıya gələcək.
-Qərbin təxribatları fonunda yeni eskalasiya riskləri varmı?
Regionda hər zaman yeni eskalasiya riski var. Bu qərbin təhirki ilə də ola bilər Rusiyanın da. Çünki regionda heç də hər kəs sülhün olmasın istəmir. Daimi münaqişə böyük ölkələrin regiona müdaxilə imkanlarını yaradır. Bu imkanların kəsilməsini istəməyən ölkələr mövcuddur. Buna görə də eskalasya riski hər zaman var.
- Gürcüstan üzərindən daşınan silahlar davam edəcəyi halda Bakı-Tiflis münasibətlərində problem yarana bilərmi?
-Gürcüstan 44 günlük İkinci Qarabağ müharibəsi və sonrasında Rusiya və Qərbdən Ermənistana silah yardımı edilməsinə icazə verməyib. Hətta Gürcüstanın bu mövqeyinə görə Rusya Ermənistana göndərdiyi 500 tona yaxın silah-sursatı İran üzərindən çatdırmalı olmuşdu.
Gürcüstan və Azərbaycan arasında heç bir problem yoxdur. Əksinə, iki ölkənin münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Lakin rəsmi Tiflisin belə addım atmasının iki əsas səbəbi ola bilər:
Birincisi, Gürcüstan Avropa İttifaqına namizəd statusu alıb. Bu məsələdə Fransanın dəstək verməsi istisna deyil. Rəsmi Tiflis məhz bu yolla Parisə minnətdarlığını bildirir. Bundan başqa, Avropa İttifaqına tamhüquqlu üzvlük üçün Fransanın dəstəyinin davam etməsini istəyir. Lakin Tiflis Parisə bu məsələdə etibar edərək ciddi səhvə yol verir.
Məsələ ondadır ki, Abxaziya və Cənubi Osetiya münaqişələri qaldığı, habelə Qərbin tələb etdiyi demokratik institutlar Gürcüstanda tətbiq edilmədiyi təqdirdə rəsmi Tiflis Avropa İttifaqına üzv ola bilməyəcək. Bundan başqa, Avropa İttifaqı üzvləri Gürcüstanın sırf imtiyazlardan yararlanmaq üçün üzv olmaq istədiyini bilir. Avropa İttifaqına isə daha çox güclü iqtisadiyyatı olan ölkələr lazımdır.
İkincisi, Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından ehtiyat edir. Əslində, Tiflisin ehtiyat etdiyi məsələ Zəngəzur yolunun açılmasıdır. Tiflis düşünür ki, yekun sülh müqaviləsinin imzalanmasından sonra bu yol açılacaq və Gürcüstan Azərbaycanın regional layihələrindən kənarda qalacaq. Halbuki bu narahatlıq əsassızdır, çünki Ermənistanla icra ediləcək yeni layihələr Gürcüstanla layihələrin əhəmiyyətini azaltmır. Əksinə Bakı mövcud boru xətlərinin ötürücülük qabiliyyətini artırmaq üçün yeni sazişlər imzalaya bilər. Bundan başqa, Ermənistanla yekun sülh müqaviləsi imzalansa da, hər hansı iqtisadi layihənin icrası illər çəkə bilər.

Əli