• 3 Mart 2024
logo
ABŞ-nin gerçək siması: yaradılan və maliyyələşdirilən terror təşkilatları, assimetrik savaşlar və dağıdılan dövlət anlayışı

ABŞ-nin gerçək siması: yaradılan və maliyyələşdirilən terror təşkilatları, assimetrik savaşlar və dağıdılan dövlət anlayışı

Amerika Birləşmiş Ştatlarının nəinki hansısa ölkə üçün, öz müttəfiqləri üçün də güvənli ölkə olmadığnı bü gün dünyada artıq hər kəs anlayır. Əgər əvvəlki dönəmlərdə dünya reytinqində ilk pillədə olan universitetlər, film şirkətləri, transmilli media, müxtəlif institutlar və düşüncə quruluşları vasitəsilə xalqların manupulyasiya edilməsi asanlıqla mümkün idisə, ABŞ mərkəzli qlobal internet resursları, o cümədən sosial şəbəkələrin həm də bumeranq effekti artıq qaçılmaz reallıqdır.
Yəni bu gün ABŞ törətdiyi qanlı əməlləri ilk öncə tarixboyu axmaq yerinə qoyduğu öz xalqına belə “qəhrəmanııq nümunəsi” kimi təlqin edə bilmir.
Amerika Birləşmiş Ştatlarına sahib olan gücün qorxduğu əsas faktor hər kəsin hesaba ala bilmədiyi “silah”-xalqların oyanması və gerçəklikləri görməsidir.
Məhz bu “silah” dünya düzəninin hansı yöndə inkişaf edəcəyini şərtləndirəcək əsas faktorlardan birincisidir.
Bu gün Vaşnqtonun Yaxın Şərq siyasətinə korrektələr etməyə məcbur olmasının səbəbi də məhz dünyada həm də Amerika Birləşmiş Ştatlarına yönələn və getdikcə artan ictimai etirazlardır. Amerika daxil, dünyanın hər yerində müxtəlif millətlərdən olan insanların ABŞ-nin iyrənc və ləyaqətsiz siyasətinə qarşı sərt etirazlara başlaması və getdikcə genişlənməsi idarəolunmaz həddə çata və xüsusilə imperialist ökələrdə hər şeyi yerlə bir edə bilər. Məsələn bu gün ABŞ prezidenti Baydenin, yaxud dövlət katibi Blinkenin heç bir toplantıda rahat çıxış edə biməməsi, sürpriz etirazlarla qarşılaşması Vaşinqtonun xarici siyasətində kosmetik dəyişikliklərə getməsinə məcburiyyət yaratdı.
Təbii ki, bu yalnız seçkiyə qədər olan dönəmi əhatə edəcək. Yaxın Şərq siyasəti ilə rüsvay olan və getdikcə nüfuzdan düşən Bayden hökumətinin yırtıcı və əxlaqsız siyasətini gizlətməsi mümkün deyil.
Vaşinqtonun ədalətsiz mövqeyi ilə üzləşən ölklərdən biri də Azərbaycandır. Azərbaycan öz torpaqları işğal olunanda, eyni zamanda torpaqlarını beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn şərtlərlə işğaldan azad edəndə də Vaşinqton tərəfindən eyni reaksiya ilə üz üzə aldı. Azərbaycana qarşı məlum “907-ci düzəliş” tətbiq edildi. Bu əslində Amerka Birləşmiş Ştatlarının gerçək və iyrənc simasıdır.
Bu gün dünyada terror təşkilatlarını yaradan, onlar üzərindən müxtəlif dövlətlərə o cmlədən NATO-da ən böyük müttəfiqlərndən olan qardaş Türkiyəyə qarşı istifadə edən, İŞİD terror təşkilatını yaradan və ona qarşı “mübarizə” üçün PKK-nın törəmə quruluşları olan YPG/PYD terror təşkilatlarını silahlandıran məhz Amerika Birləşmiş Ştatlarıdır. Liviyanı dağıdan, Suriyanı yerlə bir edən, İraqı parçalamağa çalışan Vaşiqnton bu bölgədə terror dəhlizi yaratmağa çalışmaqla Türkiyəni zəiflətmək və bölmək istəyir. Bütün bu əxlasız siyasətinə rəğmən Türkiyənin səs çıxrmamasını və qardaş ölkənin öz sərhədlərində “hər zaman partlamağa hazır olan minalar”ın yerləşdirilməsinə seyrçi qalmasını tələb edir. Qardaş ölkə milli təhlükəsizliyini təhdid edən bu fəaliyyətə qarşı səsini ucaldanda, antiterror əməliyyatları başlayanda isə sanksiyalara və qeyri-leqal cəza metodlarına məruz qalır, hər tərəfində təhdid ocaqları formalaşdırılır.
Yunanıstanda, Cənubi Kiprdə, Suriyada, İraqda və.s bölgələrdə Türkiyəyə qarşı ciddi fəaliyyət yürüdülür. Türkiyə haqsız olaraq F-35 proqramından çıxarılır. Bir tərəfədən Yunanıstanın Türkiyəyə qarşı hərbi hava qüvvələri gücləndirilir, digər tərəfdən qardaş ölkəyə F-16 döyüş təyyarələrinin satılması minbir bəhanə ilə əngəllənir.
Bu günlərdə isə Vaşinqtonun qərəzli siyasəti ilə bağlı daha bir məqam önə çıxıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik bildirib ki, ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib.
Halbuki Azərbaycan işğalda olan torpaqlarını öz ordusu ilə azad etdi. Qardaş Türkiyə isə Azərbaycana siyasi dəstək verərək üçüncü qüvvələrin prosesə qoşulmasının qarşısını kəsdi.
Bütün bunlar onu göstərir ki, ABŞ dünyada beynəlxalq hüququn işləməməsinin əsas səbəbkarıdır. ABŞ terror təşkilatları yaratmaq, dövlətlərə qarşı assimmetrik savaşlar aparmaq və vəhşi siyasət yürütməklə ad çıxarıb. Bu gün ABŞ dünyada assimmetrik savaş ustası kimi tanınır. Bütün bunlar isə dövlət məfhumuna yaddır və bu anlayış üçün təhqirdir. Vaşinqtonun bu siyasəti bu gün beynəlxalq hüququn məhv edilməsinin və dünyanın fəlakətə sürüklənməsinin ilk pillədə qərarlaşan səbəbidir.
Bu isə dünya üçün təhlükəli presdent deməkdir...

Əli Zülfüqaroğlu