• 25 Aprel 2024
logo
Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək

Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək

Milli Məclis martın 30-da keçiriləcək plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək.

Bununla bağlı “Tibbi sığorta” haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə icbari tibbi sığorta 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.