• 7 Aprel 2020
logo
Millət vəkili Elman Nəsirovun Misirin nüfuzlu Şabab Əlnil saytında müsahibəsi dərc olunub

Millət vəkili Elman Nəsirovun Misirin nüfuzlu Şabab Əlnil saytında müsahibəsi dərc olunub

Millət vəkili Elman Nəsirovun Misirin nüfuzlu Şabab Əlnil saytında "Cənab İlham Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır" adlı müsahibəsi dərc olunub.

Müsahibəsində millət vəkili hazırda Azərbaycanda geniş miqyasda yeni islahatlar dövrünün yaşandığını bildirib.

E.Nəsirov müsahibəsində qeyd edib ki, bu siyasətin əsasını Azərbaycan xalqının mərhum Ümummilli Lideri Heydər Əliyev qoyub, Prezident İlham Əliyev də yeni dünyanın tələblərinə uyğun olaraq bu siyasəti izləyib və bununla da islahatlar yeni mərhələyə qədəm qoyub:

"Prezident İlham Əliyev bu islahatları 11 aprel 2018-ci ildə növbəti qələbəsindən az sonra elan edib və bütün siyasi, iqtisadi, sosial, məhkəmə, hökumət və insan resursları strukturunu əhatə edir. Azərbaycan vətəndaşı və onun sosial rifahının təmin edilməsi dövlət başçısının siyasətinin əsasını təşkil edir”.

E.Nəsirov Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətləri də misirli oxucuların diqqətinə çatdırıb.

"Prezident İlham Əliyevin son 16 ildə həyata keçirdiyi siyasət sayəsində Azərbaycan nəinki dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edib, eyni zamanda dünya dəyərlərinin qorunması və təbliği sahəsində təsirli nailiyyətlər qazanıb".

“Azərbaycanın bu məsələlərlə bağlı təcrübəsi digər ölkələr üçün nümunə ola bilər”, - deyə millət vəkili müsahibəsində bildirib.

E.Nəsirov əlavə edib: "Şübhəsiz ki, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycana qarşı etnik təmizləmə olmasaydı, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə daxili və xarici siyasətdəki uğurlarımızın əhatəsi daha böyük olardı.

“Münaqişənin hələ həll edilməməsinə baxmayaraq, Azərbaycan son 16 ildə münaqişənin həlli prosesində öz siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edib. Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir beynəlxalq qurum, o cümlədən Yerevan rəsmisi özü separatçı rejimin müstəqilliyini tanımadı. Bu, Azərbaycanın vacib siyasi xüsusiyyətidir”.