• 21 Yanvar 2021
logo
Prezident İlham Əliyev "Aqrar sığorta haqqında" qanunun icrası ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev "Aqrar sığorta haqqında" qanunun icrası ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun icrası ilə əlaqədar fərman imzalayıb.

Fərmanda deyilir:

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 589; 2016, № 8, maddə 1372) ləğv edilsin".