• 27 İyul 2024
logo
“Bu "kiçik bacı"ya çox baha başa gələcək “

“Bu "kiçik bacı"ya çox baha başa gələcək “

“Fransanın xarici işlər naziri Katrin Kolonnanın məhz İrəvana təşrif gətirdiyi gün Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi bu addımın kimin diqtəsi ilə atıldığına açıq eyhamdır”. “Xalq Cəbhəsi” xəbər verir ki, bunu millət vəkili Sahib Alılyev deyib. O, bildirib ki, Fransa Ermənistana Rusiyaya qarşı nəsə etdirə bilər, onu özünün yeni koloniyasına çevirmək çəhdi isə fiaskoya uğrayacaq və "kiçik bacı"ya çox baha başa gələcək: “Hələliksə Paşinyanla komandası hazırlaşsınlar, havalar bir az da soyuduqdan sonra Rusiyadan aldıqları qazın qiymətinin xeyli qalxması ehtimalı var”.