• 27 İyul 2024
logo
“Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər”

“Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər”

Elxan Şahinoğlu: “Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər”

“Azərbaycan prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası doğru qərardır”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər: “Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər. Halbuki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Fransa prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. İlham Əliyevin “masada Fransa və Almaniya varsa Türkiyə də olmalıdır” tələbi yerindədir, təklifi qulaqradına vuracaqlarsa Brüsselin vasitəçiliyi heçə enəcək. Bir də ki, sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır”.