• 27 İyul 2024
logo
Qərbin assimmetrik savaş planları: bumeranq effekti verəcək

Qərbin assimmetrik savaş planları: bumeranq effekti verəcək

“Türkiyə” qəzeti yazır ki, Xankəndidə tərksilah edilmiş separatçı-terrorçu qrupların üzvləri Ermənistana deyil, İrana aparılır. Qeyd olunur ki, İranda SEPAH-a məxsus bazalara aparılan minlərlə erməni separatçıları orada təlimlərə cəlb ediləcək. Təlimlər bitəndən sonra isə onlar Qərbi Zəngəzura yerləşdiriləcəklər.
Təbii, kimsə deyə bilər ki, bu sadəcə iddiadan ibarətdir və doğru olub-olmaması dəqiqləşməyib. Amma bunun nə qədər məntiqli olub-olmamasına nəzər yetirmək vacibdir.
İran müharibə zamanı, ondan sonrakı dövrdə və indi də bildirir ki, bölgədə geosiyasi dəyişikliyi qəbul etmir və buna görə də “sərhəd dəyişikliyi”ni “qırmızı xətt” kimi görür və bu baş verəcəyi təqdirdə sərt reaksiya verəcəklər.
Birincisi, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana hücum etmək niyyətində deyil, öz torpaqlarını işğaldan azad edib və Ermənistanla sülhə, kommunikasiyaların açılmasına hazırdır , eyni zamanda bölgədə erməni əhalinin yaşamasına qarşı deyil və onların təhlükəsizliyinə tam zəmanət verir.
Ermənistan rəhbərliyi də çox gözəl anlayır ki, Azərbaycanla sülhün alternativi yoxdur. Amma Ermənistan lideri Nikol Paşinyan elə bir vəziyətdədir ki, bölgədə marağı olan güclərin iradəsinə qarşı çıxacağı və yalnız İrəvanın maraqlarına uyğun addım atacağı halda hər an fiziki olaraq məhv edilə biləcəyini çox gözəl anlayır. Yəni, Cənubi Qafqazın “Zelenskisi” rolunu oynamağa məcbur edilən Paşinyan üçün geriyə yol yoxdur.
Savaşda uduzan, iqtisadi böhran vəziyyətində olan Ermənistandan Amerika və Fransanın simasında platsdarm kimi istifadə etmək istəyən güclər var. Bunun üçün həmin güclərin bölgəyə girməsi üçün zəmin yaradılmalıdır. Ən uyğun variant isə sülhün imzalanmaması, gərginlik yaradılması və Ermənistanın assimmetrik savaşa məcbur edilməsidir.
Məsələyə bu kontekstdə yanaşdıqda “Türkiyə” qəzetinin iddiasının nə qədər məntiqli olduğu üzə çıxır.
Assimmetrik savaşlar hazırda supergüclər üçün ən ideal variantdır. Özü görünmür, YPG, PYD tipli təşkilatlar yaradır, meydana salır və ideoloji, hərbi və maliyyə dəstəyi verir.
Təbii ki, Türkiyə faktoru da unudulmur və ön sıraya qoyulur. Yəni Azərbaycana qarşı yönəlik təhdidlər Türkiyə ilə paralel şəkildə formalaşdırıla bilər. Bunun üçün yaxın günlərdə YPG, PYD-nin Türkiyənin Suriyadakı mövqelərinə hücumlarının şahidi ola bilərik.
Paradoksal məqam ondan ibarətdir ki, burada Tehranın mövqeyi Qərbin mövqeyi ilə üst-üstə düşür. Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın tez-tez Tehrana çağırılması məhz İranın öz maraqlarını İrəvana diktə etməsindən qaynaqlanır.
Tehran da bütövlükdə Qərbin Ermənistanı YPG rolunda Azərbaycana qarşı istifadəsində maraqlıdır.
Antiterror tədbirlərindən sonra heş bir təzyiq olmadığı halda Qarabağdakı mülki erməni əhalinin kütləvi köçünün təşkil edilməsi və bunun dünyaya “etnik təmizləmə” kimi təqdim edilməsi bəlli bir məqsədə xidmət edir. Bundan danışıqlar masasında Azərbaycana qarşı təzyiq kimi istifadə etmək , eyni zamanda hüquqi müstəvidə mübarizəyə başlamaq və gələckdə formalaşdırılacaq terror qruplarının vasitəsilə aparılacaq assimterik savaşa hansısa formada legitimlik qazandırmağa çalışırlar. Məsələn dünyada assimetrik savaş ustası olan ABŞ-nin YPG/PYD-nin timsalında “legitim” fəaliyyəti kimi...
Bütün planlanan bu çirkin oyunlar heç bir nəticə verməyəcəyi ilə yanaşı həm də bumeranq effekti yaradacaq. Beynəlxalq hüququn “qarantı” sayılan “demokratik” dövlətərin dünyanı terror bəlasına bulaması və ləyaqətsizcəsinə buna dəstək verməsi artıq hər kəsdə ikrah doğurur. Bu gün dünyada rüsvay olan, dövlət ləyaqətini itirən Fransa Afrikadan qovulduğu kimi, dünyanın hər yerində nüfuzunu itirəcək və arzuolunmaz dövlətə çevriləcək. Çox keçməyəcək ki, hansısa formada soxulmağa çalışdığı bölgədən də göndərdiyi “humanitar yük” kimi rədd ediləcək.
Biz, bundan əlavə dünya miqyasında erməni lobbisinin təşkilatçılığı ilə Azərbaycana müxtəlif istiqamətlərdə təzyiq cəhdlərinə, informasiya müharibəsindək haqsızlığa adekvat cavab verməliyik. Müxtəlif “beynəlxalq təşkilatlar”dan İrəvana veriləcək hər hansı bir dəstəkdən əndişə duymamalıyıq, əksinə bu bizə motivasiya verməi, mübarizə ruhumuzu gücləndirməlidir.

Əli Zülfüqaroğlu