• 27 İyul 2024
logo
Fransa bu dəfə Cənubi Qafqaza göz dikib

Fransa bu dəfə Cənubi Qafqaza göz dikib

Parisin məqsədi bölgəni Afrikaya çevirməkdir

Fransa növbəti dəfə ermənipərəst siyasət yürüdərək Azərbaycanı əsassız ittiham etməklə, işğalçı Ermənistana dəstək göstərməklə Cənubi Qafqazda sülhə və təhlükəsizliyə qəsd edir. Xüsusilə də 44 günlük müharibə nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunmasından sonra Fransanın regionda birmənalı erməniərəst siyasəti yürütməsi rəsmi Parisin məkrli niyyətindən xəbər verir.
Antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişəni bitməsi Fransanı daha da qıcıqlandırıb.
Fransanın müdafiə naziri Sebastyan Lekornyu “Franceinfo” radiosuna müsahibəsində deyib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenloyi və ölkə əhalisinin müdafiəsidir: “Biz Ermənistanda indiyədək mövzud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək. Onu da qeyd edək ki, Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki prezident Fransua Oland da aktivləşib: “Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”.
Fransadan gələn bu bəyanatlar göstərir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar oilması Parisin maraqlarına cavab vermir. Parisdə səslənən “Ermənisyanın sərhədləri bizim üçün müqəddəsdir” firki Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir.
Sual olunur, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, ərazilərimiz talan olunanda, azərbaycanlılar soyqırımılarına məruz qalanda Fransa niyə səsini çıxarmırdı? Əlbəttə ki, işğala, terrora və separatizmə müxtəlif yollarla dəstək verən Fransadan gözlənən də budur. Makron hakimiyyəti açıq-aşkar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Əksinə, rəsmi Paris bölgədə yeni müharibə ocağı alovlandırmaq niyyətindədir.
Fransanın qanlı tarixi keçmişi, müstəmləkəçilik siyasəti, insanlığa qarşı törətdiyi kütləvi hərbi cinayətlər dünyanın diqqət mərkəzindədir. Belə bir ölkənin Ermənistanın müdafiəsinə qalxmağa, Azərbaycanı tənqid etməyə haqqı yoxdur
Fransanın Cənubi Qafqazda baş verən proseslərə münasibəti reallıqdan tamamilə uzaqdır. Bu ölkə proseslərə beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında deyil, yalnız Ermənistanın maraqları çərçivəsində yanaşır. Əlbəttə ki, bu davranış qəbuledilməzdir.
Ermənistan isə müstəqilli qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayəçi tapmaq və bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana baha başa gələ bilər – Ermənistan Livanın taleyini yaşacaq.
Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, Fransanın Ermənistan üçün səs-küy qaldırmasının başlıca səbəbi ən yaxşı bildikləri işi etməyə hazırlaşmalarıdır. Fransa Afrikada məğlub olur. Nigerdən çıxarmağa məcbur olduğu ordusunu Ermənistana yerləşdirmək istədiyinə dair xəbərlər gəlir. Fransa görünən odur ki, Ermənistanda ordu yerləşdirməyi Afrikanı əsrlərlə işğal altında saxlamaq qədər asan hesab edir: “Amma, hesab edirəm ki, məsələ Ermənistanda hansısa ordu saxlamaqdan çox fransızlarla ermənilərin mənəvi bağları məsələsidir. Bu iki ölkə toplumları tarixən yüz ildən çoxdur ki, bir-birini "dəstəkləyib". Tarixən Fransa ermənilərdən istifadə edib, istər Osmanlı dövründə, istərsə də son 30 ildə. Erməni toplumu Fransa siyasətinin həlledici kütləsi olub. Bu durumda ermənilərə dəstək vermək fransız siyasilərinin mənəvi borcu olub. Fransanın regiona ordu gətirmək istəməsi xəbərlərini boş cəfəngiyyat adlandırmaq olar. Bu, sadəcə şaiyələr ola bilər. Regiona kənar ölkənin ordusunun gətirilməsi reallıqda həmin ölkənin yox olması anlamına gələr. Azərbaycan və Türkiyə qardaş ölkələr olsalarda belə, Türkiyə ordusunun Azərbaycanda yerləşməsi heç vaxt geisiyasi məsələlər səbəbindən məsləhət olmayıb. İndi bundurimda Fransanın Ermənistana ordu gətirməsi regional oyunçuların ciddi və aktiv təzyiqi ilə heç vaxt mümkün olmaz. Erməni və fransız toplumu bir-biriləri ilə düşdükləri durumu analiz etmək üçün yaxşıca fikirləşməlidirlər. Tarix yenidən yazılır. Bu tarixdə səhv edənlər məğlub olacaqlar. Onların taleyini isə qaliblər həll edəcəklər. Ona görə də bu iki toplum daha çox fikirləşib addım atmalıdır, çünki ikisi də uçurumun kənarına gəliblər”.
A.Qasımov deyib ki, Fransa-Ermənistan əlaqələrinin əlaqələrinin kökü XIX əsrin sonu, XX əsrin əvvəllərinə gedib çıxır. Bu tandemi tarixi olaraq tək bir amil formalaşdırıb. Bu da erməni və fransız qadınları olub. Həmin yazılan tarixdə bu qadınlar Avropanın əsas iri ölkələrində mövcud olan "genəl fəaliyyət"in başında olublar. Avropada olan bütün "genəl evlərində" canı, quldur, siyasətçi, varlı insanlara xidmət ediblər. Qədim peşə sahibləri kimi həmin insanlarla evlənib, cəmiyyətdə söz sahibi olmağa başlayıblar. Sonralar bu praktikanı Amerika qitəsinə, Türkiyəyə, eləcə də Azərbaycan daxil bir çox ölkələrə yayıblar. Bu birlik indi də davam edir. Fransanın Ermənistanı müdafiə etməsindən təbii bir şey yoxdur. Fransa Ermənistana silah verməyi planlayırsa, nə yolla olursa-olsun bunu edəcək. Bu, Fransanın Ermənistan qarşısında müqəddəs borcudur. Burada əslində məqsəd o deyildir ki, Ermənistanı silahıandırıb yenidən Azərbaycana qarşı müharibəyə hazırlasın. Fransa öz mənəvi borcundan çıxmaq istəyir: “Yəni Fransa onu başa düşmür ki, Ermənistan regionda ən zəif və kiçik ölkə kimi silahlanma yolunu tutması ancaq özünü məhv edə bilər? Fransa bunu yaxşı bilir. Fransanın Ermənistan qarşısında mənəvi borcu var və çalışır ki, Ermənistana dəstək olmaqla mənəvi borcunu yerinə yetirsin. Bunlar bir-birinin "ekizləridir". Birinin bir yeri ağrıyanda digərinin də həmin yeri ağrıyır. Reallıqlarla hamı kimi Fransa da çoxdan barışıb. Məqsəd fransız bacının erməni bacısına dərdlərini bölüşdüklərini göstərmək, ürək-dirək verməkdir. Bundan başqası əllərindən gəlməz”.
Siyasi ekspert Fuad Əliyev deyib ki, Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Elə bu güc Fransanın təşvişdə saxladığına işğalçı Ermənistanı bir qucaqlamağa başlayıb.
O, qeyd edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişəni bitməsinin Fransanı daha da qıcıqlandırıb: "Rəsmi Paris işğalçı Ermənistana bu dəfə açıq formada hərbi dəstək vermək niyyətindədir.
Fransanın müdafiə naziri Sebastyan Lekornyu deyib ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenloyi və ölkə əhalisinin müdafiəsidir.
Fransadan gələn bu bəyanastlar göstərir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Amma Paris yanılır və səhv mövqedə olduğunu bir daha görəcək. Fransanın əsas məqsədi Ermənistana dəstək yox, bölgədə qarşıdurma yaratmaqdır. Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əminamanlığın təmin olunmasında yox,müharibə və münqaişələr üzərində qululub. Tarixə nəzər salaq
tarixən Fransa Azərbaycana, azərbaycanlılara qarşı vəhşi və cinayətkar siyasət yürüdüb. Fransa təcavüzkar qüvvələri 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Salmas, Xoy, Sulduz, Urmiya, Muğan və digər ərazilərinə silahlı basqınlar edərək azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib, evlərini dağıtmışlar".
F.Əliyev onu da vurğulayıb ki, Fransa digər sivil xalqlara qarşı da qəddar siyasət aparıb. Təkcə, Əlcəzairdə Fransa hərbçiləri 1,5 milyon insanı qətlə yetirmişlər. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bugünədək Əlcəzair tərəfinə təqdim etmir: "Tarixi faktlar göstərir ki, Fransa müstəmləkə siyasətini qanlı formada həyata keçirib. 1960-cı ildə Fransa əsgəri birlikləri Cibutiyə daxil olaraq insanları küçədə, evlərində təqib etmiş, nəticədə 100 minlərlə insan öldürmüşlər. Fransa Cad və Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir".
Politoloq Mətin Məmmədli deyib ki, 44 günlük Vətən müharibəsindən sonra Fransa hökuməti birmənalı olaraq tərəfkeş siyasət həyata keçirir. Bu siyasətin də əsas məqsədi ondan ibarətdir ki, ikinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış reallıqları müəyyən mənada dəyişdirsin.
Onun sözlərinə görə, Fransanın əsas məqsədlərindən biri də təbii ki, Ermənistan vasitəsilə öz mövqelərini Cənubi Qafqazda möhkəmləndirməkdir: “Nəyə görə Fransa bu qədər belə aktiv şəkildə qərəzli və tərəfkeş bir siyasət həyata keçirir? Təbii ki, burada Fransanın özünün müəyyənləşdirdiyi müəyyən xarici siyasi maraqlar var. Regionda və eyni zamanda da Fransada daxili güclü erməni diasporu fəaliyyət göstərir və erməni diasporunun da belə bir yalnış, qərəzli qərarlarının formalaşmasında böyük rol oynayır.
Qeyd etdiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra Fransa hökumətinin həyata keçirdiyi ermənipərəst siyasəti nəticəsində Fransa -Azərbaycan münasibətlərinə də ciddi zərər dəyib. Hesab edirəm ki, bu yanlış siyasətin davam etdirilməsi Fransa-Azərbaycan münasibətlərinin daha da pisləşməsinə səbəb ola bilər”

Cavid