Siyavuş Novruzov: Mübariz Mənsimovun azad olunması üçün insanların kütləvi aksiyalara çağırılması heç bir halda doğru deyil
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun azad olunması üçün onun Azərbaycandakı qohumlarının insanları kütləvi aksiyalara çağırmasını pisləyib.
S.Novruzov açıqlamasında bildirib ki, Mübariz Mənsimovun azad olunması üçün insanların kütləvi aksiyalara çağırılması heç bir halda doğru deyil:
"Mübariz Mənsimovun qohumları çağırış edir ki, camaat kütləvi aksiyalara çıxsın, mitinqlər keçirsin. O, Nelson Mandeladır, Martin Lüter Kinqdir? Və yaxud Qarabağ, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb, dövlət çevrilişlərinin qarşısının alınmasında iştirak edib? Camaat çıxıb onu niyə müdafiə etsin? Görünür, Mübariz Mənsimov hansısa qanunazidd əməl törədib və buna görə də onu həbs ediblər. Özünə arxayındırsa, qoy gedib məhkəmə qarşısında cavab versin. Buna görə insanları kütləvi aksiyalara çağırmaq, sabitliyi pozmağa gərək yoxdur.
Bilirisiniz ki, bu gün dünyada koronavirus təhlükəsi ciddi təhdidə çevrilib və Azərbaycan da virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görür, eyni zamanda insanların kütləvi tədbirlərdən çəkinməsi ilə bağlı çağırışlar edilib. Belə bir vəziyyətdə Mübariz Mənsimovun qohumları insanların həyatını təhlükəyə ataraq onları qanunsuz olaraq kütləvi aksiyalara çağırır. Hesab edirəm ki, insanlar belə çağırışlara qoşulmamalıdırlar, hazırda bizə bu, lazım deyil. Bu gün bizim əsas məqsədimiz insanları virusa yoluxmaqdan qorumaqdır".
Digər xəbərlər
18 Sentyabr 2025 12:19
210
17 Sentyabr 2025 15:21
385
16 Sentyabr 2025 15:43
637
16 Sentyabr 2025 12:51
1 477
16 Sentyabr 2025 12:27
875
16 Sentyabr 2025 09:16
1 393
15 Sentyabr 2025 14:32
1 281
15 Sentyabr 2025 10:44
903
15 Sentyabr 2025 10:41
875
15 Sentyabr 2025 10:39
875
14 Sentyabr 2025 11:06
1 162
13 Sentyabr 2025 21:59
1 253