• 20 Yanvar 2021
logo
Bəylər Əyyubov Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib - SƏRƏNCAM

Bəylər Əyyubov Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb.

Dövlət başçısının sərəncamı ilə Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, fərmanla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.