Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq.
Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Eyni zamanda yubiley medalının Əsasnaməsi təsdiqlənəcək.
Məsələ sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.