• 24 Yanvar 2021
logo
Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək

Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək

Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək.

Bu barədə İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir.

Beləliklə, koronavirusla bağlı şayələr yayılması ilə bağlı fiziki şəxslər 100 manatdan 500 manatadək, vəzifəli şəxslərin 2 min manatdan 5 min manata qədər cərimələnəcəklər. Bundan əlavə, yol verilən bəzi hallara görə isə 1 aylıq inzibati həbs qəti imkan tədbirinin seçilməsi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.