• 27 Yanvar 2021
logo
Əli Hüseynli Milli Məclis Sədrinin birinci müavini, Adil Əliyev və Fəzail İbrahimli müavin seçilib

Əli Hüseynli Milli Məclis Sədrinin birinci müavini, Adil Əliyev və Fəzail İbrahimli müavin seçilib

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
APA-nın məlumatına görə, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.