• 30 Sentyabr 2020
logo
Bir qrup Azərbaycan qadınına fəxri adlar verildi

Bir qrup Azərbaycan qadınına fəxri adlar verildi

Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar artist” fəxri adı

Hüseynquliyeva Nazlı Hüseynqulu qızı

“Əməkdar rəssam” fəxri adı

Qundorina İrina Sergeyevna

Sultanova Nailə Şamil qızı

“Əməkdar mədəniyyət işçisi” fəxri adı

Tağıyeva Gülnaz Xasay qızı

“Əməkdar müəllim” fəxri adı

Məmmədova Nüşabə Məmmədəli qızı

“Əməkdar tibb işçisi” fəxri adı

Rəşidova Aidə Nəcəf qızı.