• 6 Dekabr 2024
logo
Baş nazirin müavini: Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır

Baş nazirin müavini: Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Trend-in məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında bu məlumatların əsassız olduğunu bildirib:
“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkəmar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur".
Baş nazirin müavini qeyd edib ki, Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir: "Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. Bu ilin dekabrında isə növbəti bələdiyyə seçkiləri keçiriləcək".