• 14 İyul 2024
logo
Doğru adamla doğru yola davam!

Doğru adamla doğru yola davam!

Qardaş Türkiyədə həyəcanla gözlədiyimiz Prezident seçkilərinin ikinci turu cənab Rəcəb Tayyib Ərdoğanın inamlı qələbəsi ilə başa çatdı. Qazanan bütün Türkiyə oldu. Bu qələbə həm də bir millətin iki dövləti olan Azərbaycanın qələbəsidir. Eyni zamanda bu qələbə türk dünyasının, Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsinə zəmin yaratmış oldu. AK Parti və cənab Ərdoğan təkcə Millət İttifaqına və CHP başkanına qalib gəlmədi, həm də Türkiyəni sındırmaq niyyətini açıqca ortaya qoymuş dünya imperializminə qalib gəldi. Türk vətəndaşları seçkiyə yüksək fəallıqla qatılmaqla qərb dünyasına demokratiya dərsi verdi. Türkiyənin son illərdəki ordusu, hərbi sənayesi, iqtisadi gücü və siyasi nüfuzu baydenləri, makronları çox rahatsız etmişdi. Güclü müsəlman və türk birliyi onların yuxusuna haram qatmışdı. Türkiyəni müxtəlif oyunlara qatdılar, terroru körüklədilər, iqtisadiyatını çökdürməyə çalışdılar, qonşuları ilə gərginliyə saldılar. Bir şey çıxmadı. Türk milləti Rəisin arxasında dayandı.
Cənab Prezidentimiz İlham Əliyev- "Türkiyə burda yoxdur, mən varam, sizin cavabınızı mən verəcəyəm"-, dedi. Türk Dövlətləri Təşkilatı regionda yeni reallığa çevirildi.
44 günlük Vətən müharibəsi və Tarixi Qələbəmiz bizi daha da möhkəm bağlarla bir- birimizə bağladı. Bu birliyi Kılıcdaroğlunun əli ilə sarsıtmağa cəhd etdilər. Alınmadı. Alına bilməzdi. Nə qılınc o kəsərdə deyildi, nə qol o qüvvətdə. Bu həm də Azərbaycan xalqının ümidlərinin qələbəsidir. Bu qələbə Zəngəzur koridorunun açılmasının müjdəsidir. Bu qələbə Ermənistanla böyük sülhün bağlanması, bölgədə əməkdaşlığın və sabitliyin ən ciddi şərtidir.
Bu qələbə Türk dünyasının mənəvi qələbəsi, birliyin daha da irəli getməsinin zəmanətidir.
Yeni Azərbaycan Partiyası olaraq seçki öncəsi dövrdə AK Partiyə dəstək verməyimiz də doğru addım və qardaşlıq borcumuz idi ki, bu borcu da ləyaqətlə yerinə yetirdik.
Çünku bu seçimlər təkcə bir şəxsin və bir partiyanın taleyini deyil, Türkiyənin və türk dünyasının taleyini ortaya qoymuşdu. Türkiyənin və türkün düşmənlərinin bay- bay Kamala hədsiz və açıqca dəstəyi də təkcə cənab Ərdoğana deyi, bütün Türkiyəyə savaş məqsədi daşıyırdı. Erməni kökənli Kılıcdaroğlunun birləşmiş müxalifətin lideri seçilməsi də təsadüfi deyildi.
Amma və lakin. Nöqtələr həriflərin üzərinə qoyuldu. Bitdi. Türk xalqının sarsılmaz iradəsi ortadadır. Türkiyə doğru adamla doğru yoluna davam edəcəkdir.
Cənab Ərdoğana ən birinci telefon zəngi həmişə olduğu kimi Qardaşı İlham Əliyevdən gəldi.
Həmişə olduğu kimi yenə də cənab Ərdoğan ilk rəsmi səfərini Azərbaycana edəcəkdir. Yenə iki Qardaş birlikdə Qarabağa və Zəngəzura gedəcəklər, yenidən qurulan şəhər və kəndlərimizin açılışlarını birlikdə edəcəklər, Zəngəzur koridorunu da digər kommunikasiyaları da birlikdə açacaqlar!
Antitürk güclərin dəstəklədiyi bay- bay Kamal da getdi tarixin zibilliyinə, onun anti Azərbaycan xəritəsi də.
Yeni xəritəni isə sabahdan BİZ çəkəcəyik.
Günümüz xeyirli, Sabahlarımız işıqlı olsun!
Birliyimiz diriliyimizdir!
Gözümüz aydın olsun!

Musa Urud (Quliyev)
Millət vəkili