• 14 İyul 2024
logo
KTMT Ermənistan sərhədini müəyyən edə bilmir

KTMT Ermənistan sərhədini müəyyən edə bilmir

KTMT missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir, çünki təşkilat Ermənistanın sərhədlərinin hansı hüdudlarda olacağını müəyyən etmir.
xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“KTMT bunu konkret olaraq vurğulayanda, o zaman problem 90%-i həllini tapacaq. Bu, fundamental məsələdir”, - Paşinyan bildirib.
Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan Qərbdən Rusiya ilə münasibətləri pisləşdirməli olduğuna dair siqnallar almır:
“Əminəm ki, almayacaq da. Siqnallar ikitərəfli əlaqələr və ya onların inkişafı ilə bağlı ola bilər. Rusiyaya gəlincə, biz rusiyalı həmkarlarımızla ikitərəfli münasibətlərimizi kifayət qədər şəffaf müzakirə edirik və bu müzakirələrdə qaranlıq nöqtələr yoxdur”.