Turan Rzayev: “Ərdoğan iqtidarı Türkiyə tarixi baxımından ikinci Atatürk dövrü kimi xarakterizə edilə bilər”
“Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri yekunlaşdı. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı” 49,4 faizdən çox, onun əsas rəqibi Kamal Kılıçdaroğlu və “Millət İttifaqı” isə 44,9 faizə yaxın səs topladı. Sürpriz nəticəni isə “ATA İttifaqı”nın namizədi Sinan Oğan göstərdi. Hər kəs 2 faiz civarında səs gözlədiyi halda, Sinan Oğan 5,2 faizdən yuxarı səs toplamağı bacardı. Beləliklə, namizədlərin heç biri 50+ səs faizi toplamadığından, 28 mayda ikinci tur olacaq. İkinci mərhələd bizi daha maraqlı bir proses gözləyir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Turan Rzayev deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
-Türkiyəki seçkilərə dünya mediasının həddindən artıq diqqət göstərməsinin səbəbi nədir?
-Türkiyədə keçirlən seçkilər əlbətdə ki, ölkəmiz və Türkiyədə olduğu kimi dünyanın bir çox ölkəsində də yaxından izlənilir. Bunun səbəbi isə aydındır. Türkiyə region və dünya siyasəti üçün olduqca önəmli ölkədir. Yerləşdiyi geosiyasi mövqe, aktiv hərbi və xarici siyasəti NATO ölkəsi olması, Liviya, Suriya, İraq, Cənubi Qafqaz, Ukrayna kimi münaqişələrdə aktiv şəkildə iştirak edib konstuktiv mövqe sərgiləməsi bu ölkəni istər istəməz diqqət məkəzinə gətirir.
Seçkiləri bu qədər diqqətçəkən edən bir amil də şübhəsiz 20 ildən artıqdır hakimiyyətdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan faktorudur. Real yanaşmaq lazımdır ki, Ərdoğan iqtidarı Türkiyə tarixi baxımdan ikinci Atatürk dövrü kimi xarakterizə edilə bilər. Necə ki Atatürk birinci və ikinci balkan, birnci dünya müharibəsi və istiqlaliyyət mühairbəsi ilə əldən düşən, kasıblayan türk xalqını reformları, uğurlu siyasəti ilə dirçəltdi. Ərdoğan da ard-arda hərbi çevrilişlər, sağ-sol mübarizəsi ilə siyasi xaos içərisində olan iqtisadiyyatı, hiperifiliyasiya ilə üzləşən regionda ərəb ölkələrindən seçilməyən Türkiyəni bu günkü qüdrətli halına gətirdi. Düzdür, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, baş verən ardıcıl dəhşətli zəlzələ və s. səbəblər Ərdoğanın reytinqinə müəyyən qədər zərbə vursa da Ərdoğan yenə də Ərdoğandır.
Bütün bu neqativ nüanslara baxmayaraq Ərdoğanın 49,4 faizdən yuxarı səs toplaması təqdirəlayiqdir.
-Seçkinin nəticələri bölgəyə necə təsir edəcək?
-Türkiyədə keçirlən seçkilərin şübhəsiz ki regiona təsiri var. Burada məsələni Ərdoğan qalib gəlsə və ya “Kılıçdaroğlu qalib gəlsə nələr ola bilər” kimi qiymətləndirmək lazımdır.
Hesab edirəm Ərdoğan qalib gələrsə Türkiyə dünya arenasında və regional tabloda yeni mərhələyə güclənərək qədəm qoyacaq.
Birincisi, Türkiyə türk birliyi yolunda daha ciddi və effektiv addımlar atacaq. Necə ki Türkiyə prezidenti Rəcəb Tayyib Ərodğan və Azərcbaycan prezidenti İlahm əliyevin səyləri ilə Türk Dövlətləri Əməkdaşlıq Şurası inkişaf edərək bu gün Türk Dövlətlər Təşkilatı (TDT) halını aldı. Hesab edirəm seçkilərdə Ərdoğanın qələbəsi sonrası TDT inkişaf edərək həm Avropa İttifaqı, həm də NATO konteksində və modelində inkişaf edəcək. Başqa cür desək Ərdoğan “türk NATO”sunu qurmaq üçün əlindən gələni edəcək.
İkincisi, Ərdoğan qalib gələcəyi təqdirdə İsrail Türkiyə münasibətləri yenidən əvvəlki halına qayıdacaq və münasibtələr normallaşcaq. Bənzər tendensiya ərəb ölkələri ilə də müşahidə olunacaq. Hətta seçkisonrası dövrdə Suriya prezidenti Bəşər Əsəd ilə Ərdoğan arasında görüşün keçirlməsi mümkündür.
Üçüncüsü, Ərdoğanın seçilməsi həm də Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə müsbət təsir edə bilər. Hazırda biz Türkiyənin bu istiqamtədə səylərini çox görməsək də seçkisonrası daha aktiv Türkiyənin şahidi olacağıq.
Dördüncüsü, Tükriyə bu gün olduğu kimi, gələckdə də, Rusiya ilə Ukryana arasında münaqişənin diplomatik sferaya keçməsi və tərəflər arasında razılığın əldə edilməsi üçün həm tərəfsiz məkan, həm də vasitəçi ölkə ola bilər. Bu gün olmasa da, gec-tez Rusiya-Ukrayna danışıqları başlayacaq və bu görüşlərin Türkiyədə baş tutması mümkündür.
O ki, qaldı kılıçdaoğlu “prezident seçilərsə nə olacağına”, hesab edirəm bu zaman bunlar baş verə bilər:
Birincisi, düşünldüyü kimi türkiyə Azərbayn və ya Türkiyə-Rusiya münasibətləri pozulmayacaq. Məsələ ondadır ki hər iki ölkə ilə xüsusilə də Azərbaycanla münasibətlər Türkiyə üçün prioritetdir. HDP xaric, heç bir partiya hakimiyyətə gəlib, bu münasibtələri korlaya bilməz. CHP də həmçinin. Azərbaycan-Türkiyə münasibətlərinin olduğu kimi qalacağını düşünürəm.
İkincisi, mümkündür ki, Kılıçdaoğlu qələbə qazansa, Türkiyə 90-cı illlərə qayıtsın. Söhbət siyasi baxımdan gedir. “Altılı masa” həm ideoloji, həm də siyasi görüş baxımından zidd partiyalardan ibarətdir. Bu partiyaların koalisya höküməti qurması inandırıcı deyil. Kılıçdaroğlu qalib gəlsə də, çətin ki höküməti qura bilsin. Bu isə öz növbəsində qısa zaman sonra siyasi böhrana səbəb olacaq. Prinsip etibari ilə “Altılı masa”nın hədəfi heç də Kılıçdaoğlunu hakimiyyətə gətirmək deyil, əksinə, onun vasitəsi ilə Ərdoğanı hakimiyyətdən uzaqlaşdırıb, yenidən seçkilərə getməkdir. Belə olacağı təqdirdə Kılıçdaroğlunu hakimiyyətdən uzaqlaşdırmaq daha çətin olacaq.
Üçüncüsü, Kılıçdaroğlu qalib gələrsə, Türkiyədə PKK yenidən güclənəcək. Bu isə Türkiyənin PKK ilə apardığı 30 illik mübarizənin puç edilməsi deməkdir. PKK-nın güclənməsi isə həm də ASALA-nın dirçəlməsi deməkdir. Onu da deyim ki, PKK dirçəlsə ona Şimali İraqdan, Suriyadan, İrandan və ən əsası Qərbdən dəstək gələcək.
Dördüncüsü, Kılıçdaroğlu qalib gələrsə, başı hökuməti qurmağa qarışacağı üçün zəlzələdən əziyyət çəkən bölgələr ikinci planda qalacaq. Dağıntılara məruz qalan ərazilər diqqətdən kənarda qalacağı təqdirdə tədricən tənəzzül edəcək.
-Seçkidən sonra, bütün bunları nəzərə alaraq Türkiyə müxalifəti ilə bağlı vəziyyəti necə dəyərləndirmək olar?
-Ümumi mənada Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlunun seçkidə nəticəsi də pis deyil. Yəni Kılıçdaroğlu büsbütün fiaskoya uğradı demək doğru deyil. Onun 44,9 faiz səsi toplaya bilməsi CHP-in siyasi müxalifət olmasına baxmayaraq, ölkənin qurucu partiyası kimi dövlət və cəmiyyətdə öz dominantlığını qoruduğunu göstərir. Lakin buna baxmayaraq Kılıçdaroğlunun macərasının bununla yekunlaşdığını demək olar. Kılıçdaroğlunun ikinci turda qələbə qazanması real deyil. Artıq müxalifət xəzan dövrünə qədəm qoyub demək olar. Misal üçün İYİ Partiyanın iqtisadi siyasət məsələləri üzrə sədr müavini Özcan Kadıoğlu vəzifəsindən istefa verib. CHP-nin İnformasiya və Kommunikasiya Texnologiyaları məsələləri üzrə sədr müavini Onursal Adıgözəl də partiyadakı vəzifəsindən istefa verib. Bu faktiki olaraq Türkiyə müxalifətinin real vəziyyətini göstərir. Mümükündür ki seçkinin ikinci turu sonrasında yeni istefaların da şahidi olacıq.
-Bu faktorları nəzərə alsaq, mayın 28-də nəticələr necə olacaq?
-Hesab edirəm Mayın 28 də yəni seçkilərin ikinci turunda “ATA İttifaqı”nın namizədi Sinan Oğanın verəcəyi qərar həlledici olacaq. Sinan Oğanın 2 faiz civarında səs toplaması gözlənildiyi halda 5,2 faizdən yuxarı səs toplamağı bacarması gözlənilməz oldu.
İkinci turda Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanın dəstəyini ala biləcəyini düşünürəm. Çünki onun dəstəkçilərinin böyük bir qismi milliyətçidir və Ərdoğan Oğanla sövdələşməyə gedə bilər. Hətta mümkündür ki, Məhrəm İncə də səslərini Ərdoğana versin. Çünki onunla bağlı şantaj kasetləri məhz CHP tərfindən sızdırılıb.
Bu baxımdan hesab edirəm ikinci turda Rəcəb Tayyib Ərdoğan 51-52 faizlə seçkilərin qalibi olacaq.
Qeyd etdiyim kimi Millət İttifaqı həm ideolojik olaraq həmdə siyasi olaraq bir biri ilə ziddiyət təşkil edən partiyaların birliyidir. Bu birliyin hədəfi sadəcə Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılmasıdır. Buna da ilk turda nail ola bilmədilər. Seçki sonrası Millət İttifaqını təşkil edən partiyalar çox güman ki, məğlubiyyətdə bir-birini günahlandıracaq. Bir müddət sonra isə yenidən öz işlərinə dönəcəklər. Onu da deyim ki, parlament seçkilərində vəziyyət daha da acınacaqlıdır. Millət İttifaqı burda da Cumhur İttifaqına məğlub oldu.
Əli