• 28 Yanvar 2021
logo
Rusiyalı ekspert: Yerevan qonşularla sərhədi tam bağlasa, ölkədə tənəzzül baş verəcək

Rusiyalı ekspert: Yerevan qonşularla sərhədi tam bağlasa, ölkədə tənəzzül baş verəcək

Əgər rəsmi Yerevan qonşularla sərhədi tam bağlasa, Ermənistanda tənəzzül baş verəcək.

Bunu rusiyalı ekspert Yevgeni Mixaylov Ermənistan rəhbərliyinin İran və Gürcüstanla sərhədləri bağlamamaq qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Yerevan hələlik iki ziyandan daha azını seçir:

“Ermənistan ona görə belə qərar qəbul edib ki, İranla sərhədi bağlamaq öz vətəndaşları üçün vəziyyəti daha da çətinləşdirəcək”.

Koronavirusa təhlükəsinə gəkldikdə isə, ekspert hesab edir ki, pandemiya hələ yoxdur, epidemiya da müşahidə olunmur:

“Bir çox ölkələrin nəzarət məntəqələrində səfər edənlərdə xəstəlik əlamətlərini müəyyən edən mütəxəssislər işləyir. Çox yerdə yoluxanlar aşkar edilib, amma əgər söhbət tək-tək hallardan gedirsə, o zaman vəziyyət nəzarət altındadır”.

Y.Mixaylov bildirib ki, Ermənistan epidemiloji vəziyyətə nəzarət etməsə, bu, regional təhdidə çevriləcək:

“İndi əsas məsələ Yerevanın məsuliyyətindədir. Biz Yerevanın koronavirusla mübarizəyə nə dərəcədə hazır olduğunu bilmirik, və bu narahatlıq doğurur. Amma iqtisadi blokada şəraitində rəsmi Yerevan sərhədləri tam bağlaya bilməz”.

Ekspertin sözlərinə görə, Rusiyaya gəldikdə, indi Yerevanla əlaqənin kəsilməsini gözləmək lazım deyil:

“Amma koronavirusun yayılması Ermənistanda kütləvi xarakter alsa, Moskva radikal addımlar ata bilər. O zaman Rusiya Ermənistanla əlaqəni kəsməli olacaq”.